Azərbaycan Ordusuna dəstək aksiyası, arxiv şəkli

Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

84
(Yenilənib 17:17 27.09.2020)
"Xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq"

BAKI, 27 sentyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə deyilir: "Əziz həmvətənlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Hal-hazırda Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirir. Azərbaycan Ordusu qüdrətlidir, Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməyə və işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

Xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

Əziz diaspor nümayəndələri, bizə daxil olan müraciətlərdən cəbhəboyu zonada baş verənlərdən nə qədər narahat olduğunuzu başa düşürük və bildirirk ki, xaricdə yaşayan hər bir soydaşımız Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlərlə bağlı səhih məlumatların yayılmasında yaxından iştirak etməlidir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu gün xalqa müraciətində deyildiyi kimi: ”Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!"

84
Teqlər:
Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan diaspor təşkilatı, diaspor, Azərbaycan ordusu, Azərbaycan, erməni təxribatı, Ermənistan, münaqişə, cəbhə xətti, cəbhə, Dağlıq Qarabağ
Əlaqədar
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Lavrov azərbaycanlı həmkarına zəng etdi: "Narahatam"
Cəbhədə yaralananların sayı artıb - son məlumat
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
Dövlət Xidməti bəzi xarici saytlarda yer alan məlumatları təkzib edib
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

8
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

8
Teqlər:
kitab, şəhid

Qarabağda sülhməramlılar üçün cür şərait yaradılır - VİDEO

13
(Yenilənib 16:31 04.03.2021)
Arxa cəbhədə işləyən mütəxəssislər, Qarabağda hərbi xidmət göstərən rus sülhməramlıları üçün modul tipli şəhərciklər inşa edilib. Rusiya hərbi kontingentinin necə şəraitdə xidmət apardığını videoda izləyin.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, şəhərciklər Xankəndi və Xocavənddə inşa edilib.

Modul tipli qəsəbələr sülhməramlı heyətinin rahatlığı üçün məişət xidməti daşıyan bütün yaşayış şəraiti yaradılıb. Şəhərciklərin ərazisində istirahət məkanı, idman zalı, yeməkxana, camaşırxanalar, hamamlar və s. obyektlər var.

13
AstraZeneca vaksini, arxiv şəkli

Azərbaycana "AstraZeneca" peyvəndi gətiriləcək

0
(Yenilənib 19:12 04.03.2021)
Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada əsasən Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

BAKI, 4 mart — Sputnik. Azərbaycana COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi gətiriləcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqe media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

ÜST rəsmi bildirir ki, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada əsasən Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

0
Teqlər:
Azərbaycan, Koronavirus, epidemiya, COVID-19, AstraZeneca, peyvənd
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya