Azərbaycan Ordusunun hərbi qulluqçuları, arxiv şəkli

Səfərbərlik Xidməti məlumat yaydı

3329
(Yenilənib 13:49 27.09.2020)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir

BAKI, 27 sentyabr — Sputnik. "Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub".

Bu barədə Sputnik Azərbaycan-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.

"Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.

Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur".

3329
Teqlər:
Ermənistan, Azərbaycan, münaqişə, Dağlıq Qarabağ, bəyanat, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (842)
Əlaqədar
Ermənistan cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var
Müdafiə Nazirliyi tank və vertolyotlarımızın vurulması barədə məlumata aydınlıq gətirdi
Vurulan helikopterimizlə bağlı son məlumat
"Azərbaycan tək deyil" - Türkiyədən erməni təxribatlarına reaksiya
Cəbhədə yaralanan vətəndaşlarımızın adları açıqlandı
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu, arxiv şəkli

Həm bayramlaşdılar, həm Ermənistana qarşı zəruri addımları müzakirə etdilər

20
(Yenilənib 23:07 29.10.2020)
Nazirlər Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğunu bildiriblər.

BAKI, 29 oktyabr - Sputnik. Bu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi Nazirlər tərəfindən vurğulanıb.

20
Əlaqədar
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng edib
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0