CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyənin müdafiə naziri: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"

© AFP 2023 / ADEM ALTAN Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, 16 iyul 2016-cı il
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqazda sülh və sabitliyin ən böyük əngəli Ermənistanın təcavüzkar mövqeyidir. Ermənistan bölgəni atəşə atacaq təcavüzkar niyyətindən vaz keçməlidir

BAKI, 27 sentyabr — Sputnik. Ərazi bütövlüyünü qoruma mübarizəsində Azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Ermənistanın cəbhə xəttində Azərbaycanın mülkü əhalisinə hücumlara münasibət bildirərkən qeyd edib.

"Alçaq hücumu qınayırıq. Ərazi bütövlüyünü qoruma mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Qafqazda sülh və sabitliyin ən böyük əngəli Ermənistanın təcavüzkar mövqeyidir. Ermənistan bölgəni atəşə atacaq təcavüzkar niyyətindən vaz keçməlidir", - deyə Türkiyənin Müdafiə naziri Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Xəbər lenti
0