Azərbaycan əsgərləri, arxiv şəkli

Ordumuzun əsgəri yaralanıb

1013
(Yenilənib 14:43 21.09.2020)
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.

BAKI, 21 sentyabr — Sputnik. Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən xəbər verir.

İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu "sağ çiyin nahiyəsinin kor qəlpə yarası" xəsarəti alıb.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa, öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, Ermənistan silahlı qüvvələrinin bölmələri 21 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmuş, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.

1013
Teqlər:
Ağdam kəndi, Tovuz, erməni təxribatı, təxribat, yaralı, əsgər, Azərbaycan ordusu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (625)
Əlaqədar
Ermənistan ordusu müxtəlif istiqamətlərdə atəşkəsi pozub
XİN Azərbaycan Ordusunun çavuşunun şəhid olması ilə bağlı açıqlama yaydı
Rəsmi Bakı: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır
Qarabağın azərbaycanlı icması: "Xalqımıza silah yönəldərək nəyə nail olmaq istəyir?"
Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

32
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

32
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"
Yəhudilər, arxiv şəkli

Azərbaycanın yəhudi icması dünya yəhudilərinə müraciət etdi: Azərbaycanın yanında dayanın!

22
(Yenilənib 23:09 22.10.2020)
Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin

BAKI, 22 oktyabr - Sputnik. Azərbaycandakı yəhudi cəmiyyətləri dünya yəhudilərinə və yəhudi təşkilatlarına müraciət ünvanlayıb.

Yəhudi icmasından Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan zəngin tarixə mədəniyyətə və multikultural dəyərlərə malik bir ölkədir. Bu ölkədə qanunlara riayyət edən hər kəs milliyyətindən, irqindən asılı olmayaraq sülh və təhlükəsizlikdə yaşayır. Biz, Azərbaycan yəhudiləri burada təxminən 2000 ildir ki, sülh və təhlükəsiz şəraitdə yaşayırıq. Tam əminliklə deyə bilərik ki, azərbaycanlılar çox sülhsevər, dinc, tolerant və muktikultural dəyərlərə çox sadiq insanlardır. Azərbaycanda sinaqoqlar, yəhudi məktəbləri və bağçaları fəaliyyət göstərir. Bizim ölkədə müxtəlif xalqların nümayəndələri dostluq və həmrəylik içərisində yaşayır. Azərbaycan dövləti etnik azlıqlar da daxil olmaqla öz vətəndaşlarına qarşı çox tolerant və qayğıkeşdir.

Lakin biz qeyd etməliyik ki, artıq 30 ilə yaxındır ki, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların arasında düşmənçilik toxumu səpməyə cəhd edib, lakin bu əməlindən faydalana bilməyib. Müharibə zonasında verdiyimiz şəhidlərimizlə yanaşı  Ermənistan hökumətinin mülki əhaliyə qarşı törətdiyi cinayətlər və təxribatlar bizim birliyimizin bağlarını və aramızdakı qardaşlığı daha da gücləndirib. 

Biz çox təəssüflə qeyd edirik ki Ermənistan hökumətinin bizim mülki və hərbi infrastrukturlarımıza qarşı və həmçinin Azərbaycan vətəndaşlarına qarşı davamlı təxribatlar törətməkdən əl çəkmək niyyətində olmadığı aşkardır.  Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozdu və təmas xəttində yerləşən azərbaycanlı mülki əhalinin yaşadığı əraziləri iriçaplı silahlardan və artilleriya qurğularından intensiv şəkildə atəşə tutdu. Buna cavab olaraq  Azərbaycan ordusunun bu günə qədər davam edən uğurlu əks hücumu nəticəsində Azərbaycan ordusu Ermənistanın işğalı altında olan ərazilərinin nəzərəçarpacaq bir qismini azad edib.

Hərbi uğursuzluqlarını həzm edə bilməyən Ermənistan silahlı qüvvələri münaqişə zonasından kilometrlərlə uzaq olan Azərbaycan şəhərlərinə raket zərbələri endirdi. Burada xüsusilə Gəncə şəhəri qeyd olunmalıdır, Gəncədə bu gün böyük Yəhudi icması yaşayır. İki dəfə raket hücumuna məruz qalan Gəncədə çox sayda mülki şəxslər həlak oldular.  Bütün bunlara rəğmən biz bəzi Yəhudi  təşkilatlarının bu gün də humanitar hüququ pozaraq regionda sülh və sabitliyi gözardı edən təcavüzkar ölkə Ermənistanla bağlı doğru məlumatlara sahib olmamaqla əlaqəli xəbərlərdən çox məyusuq və bu bizi çox narahat edir. Azərbaycanda yaşayan Yəhudi icmaları olaraq biz əziz soydaşlarımız sizə müraciət edirik.

Dünya ictimaiyyətini yanıltmağa yönəlmiş yanlış məlumatlandırma da daxil olmaqla təcavüzkar Ermənistanın təxribatlarına inanmayın, dost Azərbaycan xalqının və hökumətinin ədalətli mübarizəsində onların yanında dayanın və Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması üçün Etmənistana təsir etmək istiqamətində mümkün olan hər şeyi edin".

Qeyd edək ki, müraciəti Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Azərbaycan Aşkenazi Yəhudi İcmasının sədri Aleksandr Şarovski, Azərbaycanın Gürcü Yəhudi İcmasının sədr müavini Rabbi Zamir İsayev və Azərbaycanda Amerika Yəhudi Təşkilatının "Vaad L'hatzolas Nidchei Yisroel" direktoru Rabbi Şmuel Siman Tov imzalayıb.

22
Əlaqədar
Yəhudiləri niyə sevməliyik?
Yəhudilər Qarabağda Azərbaycanın qələbəsi üçün dua etdilər
Yəhudilər Azərbaycana təşəkkür etdilər
Azərbaycanlı çobanın eşqinə yəhudilər heyran oldular