Şuşa, arxiv şəkli

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı: bircə şərtimiz var

20
(Yenilənib 22:33 16.09.2020)
Cəzasızlıqdan və həyasızlıqdan qaynaqlanan bu “prinsiplər” tamamilə qəbuledilməzdir. Münaqişənin tərəfi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarıdır. Danışıqların formatı dəyişə bilməz

 

BAKI, 16 sentyabr — Sputnik. “Ermənistan həm özü, həm də Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma qurumun dili ilə ölkəmizə qarşı təxribatçı bəyanatlar verməkdə davam edir. Qondarma rejimin “başçısı” münaqişənin tənzimlənməsi üçün 7 “prinsip” irəli sürdüklərini bildirib”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatında bildirilib.

Bəyanatda deyilir ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan da əsassız və təxribatçı 7 prinsip ilə çıxış etmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdı ki, biz yalnız bir şərt irəli sürürük: Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

"İcma olaraq bildiririk ki, Ermənistan heç bir vəchlə dünya ictimaiyyətini aldada bilməz. Həqiqət ondan ibarətdir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 1/5-ni işğal edib, etnik təmizləmə törədib, 1 milyona qədər azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin salıb və həyata keçirdiyi təcavüzü gizlətmək üçün işğal olunmuş torpaqlarımızda cinayətkar rejim yaradıb.

Cəzasızlıqdan və həyasızlıqdan qaynaqlanan bu “prinsiplər” tamamilə qəbuledilməzdir. Münaqişənin tərəfi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarıdır. Danışıqların formatı dəyişə bilməz.

Ermənistan Dağlıq Qarabağın erməni icması ilə dialoq təklifimizi nəinki rədd edir, hətta bizim mövcudluğumuzu belə inkar edir. Bu isə Ermənistanda dövlət səviyyəsində aparılan Azərbaycanafobiya siyasətinin bariz nümunəsidir.

Azərbaycanın ən böyük güzəşti uzun illərdən bəri sülh danışıqlarında iştirak etməsidir. Münaqişənin həlli yalnız və yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən tam şəkildə çıxarılması və bütün məcburi köçkünlərin öz yurdlarına geri qayıdışı ilə mümkündür.

Son vaxtlar Ermənistanın təxribatçı bəyanat və əməlləri onu göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı növbəti təcavüz aktı həyata keçirməyə hazırlaşır. Lakin Azərbaycan ordusu 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda olduğu kimi düşmənə layiqli cavab verəcəkdir.

Doğma Qarabağımız Ermənistan ordusu və onun yaratdığı oyuncaq rejimdən təmizlənəcəkdir. Tarixi torpaqlarımızın işğalı müvəqqətidir və biz mütləq öz torpaqlarımıza geri qayıdacağıq”, - deyə bəyanatda vurğulanır.

20
Teqlər:
prinsip, sülh, Ermənistan, bəyanat, Azərbaycan, Qarabağ, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi
Əlaqədar
Azərbaycan ordusunun giziri yaralanıb
XİN: Mnatsakanyanın müsəlman ölkələri ilə dostluqdan danışması cəfəngiyatdır
Ermənistanın Azərbaycana qarşı ekoloji terroruna görə bəyanat yayıldı
Ermənistan Qarabağda ermənilərin sayını süni şəkildə artırmağa çalışır - XİN
Cəbhədə snayperlərin "dueli": adəti üzrə Ermənistan tərəf başladı
General-pol­kov­nik Məhərrəm Əliyev cəbhədə

Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib

16
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
1 / 5
© State Border Service of Azerbaijan Republic.
Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, Ermənistanla dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb.

"Qazax" əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quruculuq işlərinin gedişatı nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

16
Pulemyot atəşi, arxiv şəkli

Kəndlərimiz atəş altında: pulemyotların səsi kəsilmir

8
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub

BAKI, 18 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

8
Teqlər:
Ağdam, Goranboy, Tərtər, Tovuz, iriçaplı pulemyotlar, pulemyot, Qarabağ, Ermənistan, Azərbaycan, Atəşkəsin pozulması, atəşkəs
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib

0
(Yenilənib 01:38 21.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AR Müdafiə Nazirliyi yayıb.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

0
Əlaqədar
Ermənistanın daha bir PUA-sı məhv edildi
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib