Qəbz

Qarabağla bağlı təşəbbüsə görə nazirliyə müraciət edildi

82
(Yenilənib 11:07 18.09.2020)
"İdeyamız istehlakçılara təqdim edilən servis və kassa-hesablaşma çeklərində #KarabakhisAzerbaijan #StopArmenianAggression şüarlarının yazılmasından ibarətdir" - Samir Dübəndi

BAKI, 16 sentyabr — Sputnik. Bundan sonra daha çox müəssisənin kassa çeklərində Qarabağa dair şüarların yerləşdirilməsi mümkün ola bilər. DAİR Hotellər və Restoranlar Assosiasiyası bir qrup təşəbbüskarın (Mosaic Group MMC, Adnan Hüseyn, Fəxrəndə Həsənzadə və s.) irəli sürdükləri ideyanı dəstəkləyərək, ölkədə fəaliyyət göstərən hotel, restoran, kafe, ticarət və sair iqtisadi seqmentlərə aid olan müəssisələrə idarəetmə proqramlarını təmin edən şirkətlər və eyni zamanda, ölkədə e-kassa sisteminin tətbiq edilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinə müraciət edərək, həmin sosial təşəbbüsü dəstəkləməyə çağırıb.

Bu barədə DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a məlumat verib: "İdeyamız qeyd edilmiş müəsissələrdə istehlakçılara təqdim edilən servis və kassa-hesablaşma çeklərində #KarabakhisAzerbaijan #StopArmenianAggression (bunlar dəqiqləşdiriləcək və yeni təkliflər olduqda, onları da nəzərdən keçirəcək) şüarların (cümlələrin) yazılmasından ibarətdir. İdeyanın realizə edilməsi nəticəsində məqsəd əhalinin və eyni zamanda (yaxın gələcəkdə - beynəlxalq turizm bərpa olduqdan sonra) xarici qonaqların Qarabağın acı həqiqətləri haqqında məlumatlandırılmasını artırmaqdır.

Müraciətdə qeyd edilir ki, Azərbaycanın hər bir vətəndaşı Qarabağla əlaqəli və torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda hər hansı bir fəaliyyətdə vətənpərvərlik nümayiş edib, fəal olmalıdır və hər bir vətəndaş bu istiqamətdə əlindən gələni etməlidir. Bununla yanaşı, assosiasiyamız hotelləri, ictimai iaşə müəssisələrini və digər təsərrüfat obyektlərini sosial-patriotik layihənin realizəsinə qatılmağa çağırır".

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarına dəstək olaraq (#BizBirlikdəGüclüyük) layihənin realizəsində fayda verə bilən hər birinizə müraciət edib, təşəbbüsün dəstəklənməsini xahiş edirik, bu istiqamətdə fəallıq və təşəbbüskarlarla vətəndaş həmrəyliyi nümayiş etməyə çağırırıq", - deyə S.Dübəndi bildirib.

DAİR Hotellər və Restoranlar Assosiasiyasının ekspertləri əlaqəli şirkətlərə müraciət edərək ideyanın realizə edilməsi üçün tələb edilən texniki imkanları artıq müzakirə edib və bu istiqamətdə yaxın günlərdə əməli proseslərin başlanmasını planlaşdırıb.

82
Teqlər:
təşəbbüs, kassa çeki, kassa, Karabakh is Azerbaijan, Qarabağ Azərbaycandır, Qarabağ
Həkim, arxiv şəkli

İrandan 22 həkim könüllü olaraq döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edib

0
(Yenilənib 18:26 21.10.2020)
Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. İranda müxtəlif sahələrdə çalışan 22 həkim Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səlahiyyətli səfirinə müraciət ünvanlayıb.

Bu barədə Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

© Embassy of Iran in Baku
Döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edən iranlı həkimlər

Müraciətdə qeyd edilib: "Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəssis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik".

0
Teqlər:
müraciət, kömək, İran, iranlı, Həkimlər, ölənlər və yaralılar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Mehriban Əliyeva Gəncənin vurulması haqda: "İnsanlığa qarşı cinayətdir"
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Ermənistan Ağdamın kəndlərinə mərmi yağdırdı, iki mülki şəxs xəsarət aldı
Atılan mərmilər daha bir Tərtər sakinini yaralayıb - video

Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik

23
(Yenilənib 18:14 21.10.2020)
Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır.  Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur. 

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir.    

Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır.  

Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

Prezident İlham Əliyev tərəfindən beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan etmişdir.    

Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir.  

Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. 

23
Teqlər:
Nikol Paşinyan, diplomatiya, Hikmət Hacıyev, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər
Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə