Azərbaycan bayrağı

Qarabağın azərbaycanlı icması Qubadlının işğalı ilə bağlı bəyanat yayıb

15
(Yenilənib 12:13 31.08.2020)
İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 mindən çox Qubadlı sakini məcburi köçkünə çevrilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir: "1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 nəfər Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100 nəfərdən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 mindən çox Qubadlı sakini məcburi köçkünə çevrilib.

Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix- diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, "Gavur dərəsi" deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda "Qalalı" qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.

Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpaqlarımız olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Qubadlı rayonu da daxil olmaqla ətraf 7 rayonu işğal etməsi, münaqişənin məhz Ermənistanın Azərbaycan ərazilərini güc yolu ilə ilhaq etmək niyyətindən qaynaqlandığını sübut edir. Son illərdə Ermənistan tərəfindən Qubadlı da daxil olmaqla, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin daha da gücləndirilməsi onu göstərir ki, Ermənistan ərazilərimizi işğal altında saxlamaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

Bəyan edirik ki, münaqişənin həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Bütün məcburi köçkünlər kimi qubadlılar da öz doğma torpaqlarına geri dönəcəklər".

15
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

30
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

30
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Rusiya sülhməramlılarının təminatı üzrə fəaliyyət gerçəkləşdirilir

Rusiyadan Azərbaycana gələn rus sülhməramlılar yükləri Xankəndiyə çatdırılıb - VİDEO

24
(Yenilənib 20:20 29.11.2020)
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb

BAKI, 29 noyabr - Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.


Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.
Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.

24
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, polis, hərbi, Xankəndi, Ağdam, Bərdə, yük, hərbçi, Azərbaycan, Rusiya, sülhməramlılar, rus
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona