Leonid Kalaşnikov, arxiv şəkli

Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"

297
(Yenilənib 16:20 18.07.2020)
Heç kəs demir ki, bu, Azərbaycan ərazisi deyil. Əlbəttə ki, Azərbaycan ərazisidir. Lakin heç kəs bu ərazilərin geri qaytarılması üçün heç nə etmir, məsələ budur.

BAKI, 18 iyul — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı indiyə kimi bir sıra səhvlər edilib. Məhz elə bu səhvlərə görədir ki, Ermənistan-Azərbaycan münaqişəsi 30 ilə yaxındır, həll olunmur".

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi və erməni tərəfinin törətdiyi təxribatı şərh edən Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

Onun fikrincə, bu səhvlərdən biri münaqişənin nizamlanmasının məhz ATƏT-in Minsk Qrupuna həvalə olunmasıdır: "Bu, Qərbin istəyi ilə yaradılmış format idi. Təbii ki, o vaxtkı Rusiya hakimiyyəti - Prezident Yeltsin, Xarici İşlər naziri Kozırev də buna dəstək vermişdi. O vaxt bizim ölkədə Qərbin diktəsi ilə oturub-dururdular. Sizə deyim ki, həmin vaxt MDB Parlament Assambleyası çərçivəsində bu problemin həlli mümkün idi. Problemin həlli ilə bağlı sxem də hazırlanmışdı. Lakin o vaxt amerikalılar buna qarşı çıxdılar və Minsk Qrupu, həmsədrlik institutu yaradıldı. Baxın, Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən sonra beynəlxalq təşkilatlar, o cümlədən Minsk Qrupunun həmsədrləri bəyanat yayaraq hadisəyə qiymət verdilər. Lakin burada əsas məsələ bu gərginliyin əsas səbəbini söyləməkdir. Gərginliyin əsas səbəbi diqqət mərkəzində olmalıdır. Nədir bu səbəb? Əlbəttə ki, Qarabağ münaqişəsinin həll olunmaması. Bu gün biz sərhəddəki gərginliyin sabitləşməsi üçün Minsk Qrupunun cəlb olunması barədə çağırışları eşidirik. Bu çağırışları edənləri anlamaqda çətinlik çəkirəm. Bəs, bu vaxta kimi Minsk Qrupu nə işlə məşğul olurdu? Nə edib axı bu təşkilat bu 30 il ərzində? Həqiqəti söyləsək, heç nə. Bilirsiniz, bu gün son baş verən və davam edən gərginliyi birinci kimin başlamasının indi heç bir önəmi yoxdur. Önəmli olan sual budur: gərginlik niyə baş verib? Əsas cavab isə budur: ona görə ki, münaqişə həll olunmayıb. Hər kəs yaxşı anlayır ki, bu müddət ərzində münaqişənin nizamlanması üçün heç nə edilməyib. Bunu artıq Rusiya rəhbərliyi də başa düşür. Bu, sevindiricidir. Rusiya rəhbərliyi başa düşür ki, ABŞ və Avropa, ümumilikdə Qərb regionda münaqişələrin bitməsini istəmir. Onlar Rusiyanın ətrafında qeyri-sabitlik olmasında, regional münaqişələrin yenidən alovlanmasında maraqlıdırlar".

Rusiyalı parlamentari münaqişənin həllinin yeganə bir yolu olduğunu bildirib: "Bunun üçün üç dövlətin rəhbəri - Rusiya, Azərbaycan və Ermənistan liderləri görüşüb bu məsələni kökündən həll etməlidirlər. Başqa həll yolunu görmürəm. Konfliktin hərbi yolla həllini də görmürəm. ATƏT-in Minsk Qrupu isə bu münaqişənin həllində maraqlı deyil. Ona görə də onların fəaliyyətinin, daha doğrusu, fəaliyyətsizliyinin heç bir faydası yoxdur".

L.Kalaşnikov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu söyləyib: "Heç kəs demir ki, bu, Azərbaycan ərazisi deyil. Əlbəttə ki, Azərbaycan ərazisidir. Lakin heç kəs bu ərazilərin geri qaytarılması üçün heç nə etmir, məsələ budur. Mən öz prezidentimi və Azərbaycan Prezidenti İlham Əliyevi də yaxından tanıyıram. Ermənistan Baş naziri Paşinyanı isə demək olar ki, tanımıram. Hesab edirəm ki, bu gün Vladimir Putin və İlham Əliyev öz nüfuzlarından istifadə edib, bu problemi həll edə bilərlər. Onlar həqiqətən də bu məsələnin ədalətli həllini istəyirlər.

 Təbii ki, bu problemi dərhal həll etmək olmaz. Amma nədənsə başlamaq lazımdır. Mən azərbaycanlıları bu məsələdə yaxşı anlayıram. Baxın, biz Dövlət Dumasında ərazi bütövlüyünün toxunulmazlığına qarşı çağırışlara görə cəza haqqında qanun qəbul etdik. İki-üç gün bundan qabaq bu qanunu qəbul etmişik. Bu qanunu Rusiya vətəndaşlarının necə böyük məmnunluqla qarşıladığının şahidi oldum. Ona görə də, sadə azərbaycanlıların ölkənin ərazi bütövlüyü ilə bağlı ağrısını, dərdini çox yaxşı başa düşürəm. Azərbaycanlıların bu gün küçələrə çıxıb orduya dəstək verməsi başa düşüləndir".

Dumanın komitə sədri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan münaqişəsinə qoşulub-qoşulmayacağı ilə bağlı fikirlərə də münasibət bildirib: "KTMT-nin bu münaqişəyə qoşulması cinayət olar. Çünki bu təşkilat bu və digər qonşularımızla müharibə etmək üçün yaradılmayıb. Ona görə də bu söhbətlərə son qoyulmalıdır. Kimsə KTMT-ni Qarabağ münaqişəsinə cəlb etmək istəyirsə, bilsin ki, buna heç kəs, heç vaxt nail olmayacaq. KTMT-yə daxil olan ölkələr də çox gözəl bilir ki, bu təşkilat nə üçün yaradılıb. KTMT-nin Azərbaycanla müharibəyə qoşulacağını düşünmək belə axmaqlıqdır. Heç kəs buna getməz. Bunu unudun".

297
General-pol­kov­nik Məhərrəm Əliyev cəbhədə

Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib

16
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
1 / 5
© State Border Service of Azerbaijan Republic.
Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, Ermənistanla dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb.

"Qazax" əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quruculuq işlərinin gedişatı nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

16
Pulemyot atəşi, arxiv şəkli

Kəndlərimiz atəş altında: pulemyotların səsi kəsilmir

7
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub

BAKI, 18 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

7
Teqlər:
Ağdam, Goranboy, Tərtər, Tovuz, iriçaplı pulemyotlar, pulemyot, Qarabağ, Ermənistan, Azərbaycan, Atəşkəsin pozulması, atəşkəs
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Nüvə başlığı, arxiv şəkli

Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

0
(Yenilənib 21:32 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib:

"Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq. Hələ ki, biz Rusiya tərəfindən RƏM sistemi ilə bağlı heç bir konkret təklif görməmişik".

"Əlbəttə, biz öz tərəfimizdən nüvə döyüş başlıqlarının raket əleyhinə sistemlərə quraşdırılmasını o qədər də uğurlu ideya saymırıq. Başqa sözlə desək, Rusiyanın bu sahədə etdiklərinə dair bizim də fikrimiz var. Biz RƏM mövzusunu müzakirə etməyə hazırıq, amma RƏM-lə bağlı heç bir məhdudiyyəti tətbiq etməyi nəzərdə tutmuruq", -  Billinqsli əlavə edib.

0
Teqlər:
RƏM, nüvə, Avropa, ABŞ
Əlaqədar
"Rusiyaya siqnal". ABŞ gizli sualtı qayığını Norveç sahillərinə niyə göndərib?
“Qərargah da göndərirlər”: ABŞ ordusu Avropanın şərqində nəyə hazırlaşır?
ABŞ-ın supersilahı öz vətəndaşlarına qarşı tətbiq edilib: nəticəsi...
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək