Almaniyanın Xarici İşlər Nazirliyi

Almaniya XİN: Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq

43
(Yenilənib 10:31 23.05.2020)
Rsmi Berlin qondarma “Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyan edib.

BAKI, 23 may — Sputnik. "Almaniya Federativ Respublikası qondarma “Arsax Respublikası”nı tanımır. Müvafiq olaraq, bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri mövcuddur, nə də qəbul edilmiş nümayəndəliyi".

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyi bunu Azərbaycan tərəfinin rəsmi sorğusuna cavabında bəyan edib.

“AFR Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya həmçinin o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”.

Beləliklə, rəsmi Berlin qondarma “Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyan edib.

AFR-in bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə bu ölkənin Xarici İşlər Nazirliyi bu dəfə artıq şəxsən Arutyun Qriqoryana – Almaniyada az qala “Arsaxın AFR-dəki səfiri” kimi təqdim olunan fırıldaqçıya aid aşağıdakı izahı əlavə edib.

Ölkənin xarici siyasət idarəsinin sənədində bildirilir: “Bununla bağlı AFR XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb”.

43
Avtomatdan atəş, arxiv şəkli

Cəbhədə gərgin gecə

7
(Yenilənib 10:21 02.06.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub

BAKI, 2 iyun — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

7
Azərbaycanın işğal edilmiş Şuşa şəhərində məscid minarəsi, arxiv şəkli

Qarabağın azərbaycanlı icması: Erməni icmasını dialoqa dəvət edirik

7
(Yenilənib 18:52 01.06.2020)
Əminik ki, azərbaycanlı və erməni uşaqlar yenidən Qarabağda birgə bağçalara, məktəblərə gedəcək, idman yarışlarında iştirak edəcəklər.

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. "BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Bəyannaməsi, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası hər bir uşağın irq, din və milli mənsubiyyət baxımından ayrıseçkilik edilmədən bərabər hüquqlara malik olduğunu vurğulayır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının əməkdaşı Samir Məmmədov bildirib.

"Təəssüf hissi ilə bildiririk ki, hazırda Azərbaycan Respublikasında 140 minədək uşaq məcburi köçkün kimi yaşamaqda davam edir. Həmin uşaqların ən təməl hüquqları Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində pozulmuşdur. Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı zamanı 63 uşaq qətlə yetirilmiş, 76 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri almış və yüz minlərlə azərbaycanlı uşaq heç vaxt unutmayacaqları psixoloji travmaya məruz qalıb. 2017-ci ildə Ermənistan ordusunun mina və qumbaratanlardan açdığı atəş nəticəsində 2 yaşlı Zəhra Quliyeva qətlə yetirilib. Mən Kəlbəcər rayonundan məcburi köçkün kimi uşaqlığımı Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış humanitar böhranın doğurduğu çətinliklərlə keçirmişəm. Evsizlik, kasıblıq və çətinliklər mənə o qədər normal gəlirdi ki, elə bilirdim elə bütün dünya belə yaşayır – heç kimin evi yoxdur, hamının evini ermənilər dağıdıb. Amma zamanla anladım ki, mən və mənim kimi minlərlə uşaq vətənimizə qarşı başladılmış ədalətsiz müharibənin qurbanları olmuşuq. Bizi sırf etnik mənsubiyyətimizə - azərbaycanlı olduğumuza görə öz yurdumuzdan qovublar, evlərimizi dağıdıblar", - deyə o bildirib.

S.Məmmədov qeyd edib ki, Azərbaycan dövləti məcburi köçkünlərin problemlərinin həlli və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi üçün çox böyük işlər görüb: "Lakin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində və bir çox digər beynəlxalq sənədlərdə yer almış çağırışlara baxmayaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən biz öz doğma yurdlarımıza qayıda bilmirik. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün uşaqlarının bayramını təbrik edirik! Bütün uşaqlara müharibələrsiz, aclığın olmadığı, etnik təmizləmələrin baş vermədiyi gözəl həyat arzulayırıq. Dünyanı və regionumuzu özümüz və gələcək nəsillər üçün daha təhlükəsiz bir yerə çevirmək üçün, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasını sülhə və dialoqa dəvət edirik. Əminik ki, azərbaycanlı və erməni uşaqlar yenidən Qarabağda birgə bağçalara, məktəblərə gedəcək, idman yarışlarında iştirak edəcəklər. Bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllini dəstəkləyir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı yolunda aktiv fəaliyyətini davam etdirir".

7
Uşaqlar, arxiv şəkli

Qızılçıxaranlardan uşaqlara qızıldan qiymətli pay

0
(Yenilənib 19:48 02.06.2020)
Aksiyanın məqsədi əhalinin həssas qrupuna aid edil.ən uşaqların hazırkı dönəmdə boş vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitablarla sevindirməkdir

BAKI, 2 iyun — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Kitab sovqatı" aksiyası keçirib. "AzerGold" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, aksiya çərçivəsində Daşkəsən rayonunun Çovdar, Quşçu və Şadax kəndlərində yaşayan 100-dən çox uşağa kitab və şirniyyatlardan ibarət hədiyyə bağlamaları təqdim edilib. Kitablar daha çox 10 yaş ətrafındakı uşaqların psixologiyasına uyğun, ən çox bəyənilən və uşaqlarla yanaşı, böyüklərin də həvəslə oxuduğu dünya və yerli ədəbiyyat nümunələrindən seçilib. Bu kitablar uşaqlara cəsarət, mübarizə, qorxmazlıq, arzularının arxasınca getmək, dostluq və sevgi kimi dəyərləri aşılayır.

Aksiyanın məqsədi əhalinin həssas qrupuna aid edilən uşaqların hazırkı dönəmdə boş vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitablarla sevindirməkdir.

Qeyd edək ki, "AzerGold" QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip aksiyalar sosialyönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar