Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN: Ermənistan ilhaqçı siyasətini nümayiş etdirir

6
(Yenilənib 15:23 20.05.2020)
Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir

BAKI, 20 may — Sputnik. "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilərin” və qondarma “andiçmə” şousunun təşkili Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və müvafiq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz:

"Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin beşdə birinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir.

Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində “andiçmə” adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyildir. Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı “seçki” və ya “andiçmə”dən danışmaq hüquqa zidd olduğu qədər, heç bir sağlam məntiqə sığmır və beləliklə də hamılıqla pislənir və rədd edilir.

Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir. Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir. Heç kəs şübhə etməsin ki, işğal olunmuş ərazilərimiz işğaldan azad olunacaq, beynəlxalq tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkünlərin fundamental hüquqları təmin ediləcək".

6
Avtomatdan atəş, arxiv şəkli

Cəbhədə gərgin gecə

7
(Yenilənib 10:21 02.06.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub

BAKI, 2 iyun — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

7
Azərbaycanın işğal edilmiş Şuşa şəhərində məscid minarəsi, arxiv şəkli

Qarabağın azərbaycanlı icması: Erməni icmasını dialoqa dəvət edirik

7
(Yenilənib 18:52 01.06.2020)
Əminik ki, azərbaycanlı və erməni uşaqlar yenidən Qarabağda birgə bağçalara, məktəblərə gedəcək, idman yarışlarında iştirak edəcəklər.

 

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. "BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Bəyannaməsi, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası hər bir uşağın irq, din və milli mənsubiyyət baxımından ayrıseçkilik edilmədən bərabər hüquqlara malik olduğunu vurğulayır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının əməkdaşı Samir Məmmədov bildirib.

"Təəssüf hissi ilə bildiririk ki, hazırda Azərbaycan Respublikasında 140 minədək uşaq məcburi köçkün kimi yaşamaqda davam edir. Həmin uşaqların ən təməl hüquqları Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində pozulmuşdur. Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı zamanı 63 uşaq qətlə yetirilmiş, 76 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri almış və yüz minlərlə azərbaycanlı uşaq heç vaxt unutmayacaqları psixoloji travmaya məruz qalıb. 2017-ci ildə Ermənistan ordusunun mina və qumbaratanlardan açdığı atəş nəticəsində 2 yaşlı Zəhra Quliyeva qətlə yetirilib. Mən Kəlbəcər rayonundan məcburi köçkün kimi uşaqlığımı Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış humanitar böhranın doğurduğu çətinliklərlə keçirmişəm. Evsizlik, kasıblıq və çətinliklər mənə o qədər normal gəlirdi ki, elə bilirdim elə bütün dünya belə yaşayır – heç kimin evi yoxdur, hamının evini ermənilər dağıdıb. Amma zamanla anladım ki, mən və mənim kimi minlərlə uşaq vətənimizə qarşı başladılmış ədalətsiz müharibənin qurbanları olmuşuq. Bizi sırf etnik mənsubiyyətimizə - azərbaycanlı olduğumuza görə öz yurdumuzdan qovublar, evlərimizi dağıdıblar", - deyə o bildirib.

S.Məmmədov qeyd edib ki, Azərbaycan dövləti məcburi köçkünlərin problemlərinin həlli və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi üçün çox böyük işlər görüb: "Lakin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində və bir çox digər beynəlxalq sənədlərdə yer almış çağırışlara baxmayaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən biz öz doğma yurdlarımıza qayıda bilmirik. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün uşaqlarının bayramını təbrik edirik! Bütün uşaqlara müharibələrsiz, aclığın olmadığı, etnik təmizləmələrin baş vermədiyi gözəl həyat arzulayırıq. Dünyanı və regionumuzu özümüz və gələcək nəsillər üçün daha təhlükəsiz bir yerə çevirmək üçün, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasını sülhə və dialoqa dəvət edirik. Əminik ki, azərbaycanlı və erməni uşaqlar yenidən Qarabağda birgə bağçalara, məktəblərə gedəcək, idman yarışlarında iştirak edəcəklər. Bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllini dəstəkləyir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşaması və inkişafı yolunda aktiv fəaliyyətini davam etdirir".

7
ABŞ-da Corc Floydun ölümü ilə bağlı mitinqdə etirazçı

Avropa İttifaqı ABŞ-da keçirilən etirazları dəstəklədi

0
(Yenilənib 19:21 02.06.2020)
Borrel eyni zamanda xatırladıb ki, hər bir insanın həyatı qiymətlidir: “Bütün həyatlar vacibdir, qaradərililərin həyatı da, həmçinin önəmlidir”

BAKI, 2 iyun - Sputnik. Avropa İttifaqının (Aİ) diplomatiyasının rəhbəri Jozep Borrel ABŞ-da dinc aksiya keçirənləri dəstəkləyib. Sputnik Azərbaycan “Reuters”-ə istinadən xəbər verir ki, o eyni zamanda aksiyalar zamanı zorakılıq əməllərini də pisləyib.

Qeyd olunur ki, Avropa İttifaqı polislər tərəfindən saxlanılarkən zorakılıq tətbiq olunan qaradərili Corc Floydun ölümünə görə şok keçirib. Borrelin fikincə, bu hadisə hüquq mühafizə orqanları tərəfindən vəzifədən sui-istifadə hallarını göstərir.

“Biz dinc etirazları dəstəkləyirik. Biz istənilən növ irqçiliyi və zorakılığı pisləyirik”, - deyə Borrel ABŞ şəhərlərində baş verən iğtişaşları şərh edərkən vurğulayıb.

Eyni zamanda Avropa İttifaqı ABŞ xalqının birləşəcəyinə və cəmiyyətin yaralarını sağaltmaq qabiliyyətinə inanır.

Borrel eyni zamanda xatırladıb ki, hər bir insanın həyatı qiymətlidir: “Bütün həyatlar vacibdir, qaradərililərin həyatı da, həmçinin önəmlidir”.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.

0
Əlaqədar
Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi
"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb
Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək
ABŞ Rusiyanı Minneapolis etirazlarında əli olmaqda günahlandırır
Nyu-Yorkda talan başlayıb, polis əhalini sakitləşdirə bilmir