Azərbaycanın ermənilər tərəfindən viran edilmiş Şuşa şəhəri

XİN Şuşanın işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

38
(Yenilənib 10:12 08.05.2020)
Ermənistan beynəlxalq humanitar hüququnun tələblərini kobudcasına pozur, Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca, Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönələn qanunsuz əməllər törədir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan-a daxil olan bəyanatda deyilir:

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı sistematik təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və digər abidələr vardır.

Təcavüzkar ölkə Ermənistan beynəlxalq humanitar hüququnun tələblərini kobudcasına pozaraq, Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönələn qanunsuz əməllər törədir. Şuşada aparılan qeyri-qanuni məskunlaşma çərçivəsində minlərlə insan bu ərazidə yerləşdirilib. Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən "bərpa" olunaraq fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir.

Lakin Ermənistan tərəfi anlamalıdır ki, bütün bu cəhdlərin perspektivi yoxdur, ərazilərin işğalı müvəqqəti xarakter daşıyır. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisidir, bu bölgə həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır.

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Münaqişənin tənzimlənməsi üzrə davam edən danışıqlar prosesinin məqsədi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindən işğalçı Ermənistan qüvvələrinin çıxardılması, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin təmin edilməsidir. Bu məqsədə nail olmaq bir zərurətdir, kompromis deyil. Azərbaycan münaqişənin tənzimlənməsi üçün bu çərçivədən fərqli bir siyasi həlli nəzərdən keçirmir və məhz bu anlayışla da danışıqlar prosesində iştirak edir.

Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır".

38
Snayper, arxiv şəkli

Ordumuzun mövqeləri snayper pulemyotlarla atəşə tutuldu

7
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub

BAKI, 29 may — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli və Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

7
Əlaqədar
Ermənistan ordusu Qazaxda yaşayış evlərini atəşə tutub
MN: "Bu hərəkətin qarşısı güc tətbiq edilməklə dərhal alınacaq"
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
Pulemyot patronu, arxiv şəkli

Cəbhədə son durum

25
(Yenilənib 09:45 27.05.2020)
Düşmən Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqelərini atəşə tutub

BAKI, 27 may — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

25
Əlaqədar
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
XİN: Ermənistan ilhaqçı siyasətini nümayiş etdirir
İşğalçının sülhdən bəhs etməsi riyakarlığın son həddidir
Almaniya XİN: Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Vəssalam. Tramp bütün əlaqələri kəsdi

0
(Yenilənib 23:22 29.05.2020)
Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək

BAKI, 29 may — Sputnik. Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətlərini kəsdiyini deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Amerika lideri qərarını onunla əsaslandırıb ki, ÜST Vaşinqtonun tələb etdiyi islahatları yerinə yetirməkdən imtina edib.

Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək.

Xatırladaq ki, hələ aprelin 14-də Tramp bəyan etmişdi ki,  ki, Vaşinqton ÜST-ün maliyyələşdirilməsini dayandırır. Onun sözlərinə görə, təşkilat koronavirus haqda məlumatları vaxtında çatdırmayıb, eləcə də həqiqəti dünya ictimaiyyətinə açıqlamayıb.

0
Əlaqədar
"ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox"
"Strateji səhv". Ruhani ABŞ-ın ÜST-ə dair qərarını şərh etdi
ABŞ və Çin dünya iqtisadiyyatını məhv etməyə hazırlaşırlar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Tramp ÜST-ə şərt qoydu: "ya mən dediyimi edin, ya da..."