XİN-in binası, arxiv şəkli

Azərbaycan XİN Ermənistan baş nazirinə cavab verdi

13
(Yenilənib 19:09 06.05.2020)
Leyla Abdullayeva Ermənistanın baş nazirinin bəyanatı ilə münaqişənin həllinə və bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olduğunu bildirib.

BAKI, 6 may — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatını şərh edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, Ermənistanın baş nazirinin bu bəyanatı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olduğunu bildirib.

"Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir", - L.Abdullayeva deyib.

13
Bakıya mənzərə, arxiv şəkli

Rəsmi Bakı: Azərbaycanın, beynəlxalq vasitəçilərin səbri tükənməz deyil

3
(Yenilənib 13:16 05.06.2020)
Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi bəyanatları və nümayiş etdirdiyi davranışları xüsusi şərhə ehtiyac duyur.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

Sputnik Azərbaycan L.Abdullayevaya ünvanlanmış sualı və onun cavabını təqdim edir:

- Dünən Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən səsləndirilən anti-erməni bəyanatları barədə şərh verərək, bunun Ermənistan və bölgə üçün təhlükəli olduğunu iddia etdi. Bu barədə sizin fikirlərinizi öyrənmək istərdik.

- Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi bəyanatları və nümayiş etdirdiyi davranışları xüsusi şərhə ehtiyac duyur. Təcavüzkar ölkənin rəhbərliyinin Ermənistanın başlatdığı müharibənin nəticələrini aradan qaldırmaq yerinə, onun nəticələrinin, yəni Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının möhkəmləndirilməsi və yüz minlərlə məcburi köçkünün hüquqularının pozulmasının davam etdirilməsinə yönələn cəhdləri, bu ölkənin başında duranların öz məsuliyyətini tam dərk etməməsi ilə yanaşı, elə öz ölkəsinin və əhalisinin gələcəyinə biganə qaldığını göstərir.

Minlərlə dinc insanın axıdılan qanı, məhv edilmiş həyatı, yüz minlərlə insanın pozulmuş haqqları, eləcə də beynəlxalq öhdəliklərin kobudcasına tapdalanmasına görə cavabdeh olan, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin işğalını rədd edən birmənalı mövqeyi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları ilə məsuliyyəti təsbit olunan Ermənistanın nə hüquqdan, nə qanundan, nə də demokratiyadan danışmağa, üstəlik digərlərinə məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur.

Təcrübə göstərir ki, Ermənistan tərəfi arqumentlərinin tükəndiyi və deməyə söz tapmadığı bir vaxtda Azərbaycandakı anti-erməni hissiyyatı mövzusunu gündəmə gətirməyə çalışır. Lakin bölgədəki iki xalq arasındakı bu nifaqın kökündə elə Ermənistanın əsassız ərazi iddiaları və təcavüzkar siyasəti dayandığını görməzdən gələn işğalçı ölkənin rəhbərliyi, bu düşmənçiliyin və münaqişənin nəticələrinin aradan qaldırılması üçün də heç bir addım atmır, reallıqdan, praqmatizmdən və konstruktivlikdən uzaq kor siyasət yürüdür. Bu siyasətin nəticəsində isə ilk növbədə, Ermənistan ağır fəsadlarla üzləşə bilər.

Əgər Ermənistan rəhbərliyi, rəsmi İrəvanın açıqlamalarında səsləndirildiyi kimi, bölgədə sülh və təhlükəsizliyi düşünürsə, o zaman işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarmalı və əhalisini sülhə hazırlamalıdır. Siyasi iradəsini isə danışıqlar masası arxasında əldə olunan konkret nəticələrlə nümayiş etdirməlidir. Çünki nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil.

3
Pulemyot lenti, arxiv şəkli

Cəbhədə son durum: müxtəlif istiqamətlərdən atırlar

10
(Yenilənib 09:46 04.06.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

BAKI, 4 iyun — Sputnik. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

 

 

10
Əlaqədar
MN: "Bu hərəkətin qarşısı güc tətbiq edilməklə dərhal alınacaq"
Ermənistan ordusu yenə dinclik vermir
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
Qarabağın azərbaycanlı icması: Erməni icmasını dialoqa dəvət edirik
Tullantı qutuları, arxiv şəkli

Gələcəkdə karantində zibil problemi sizi narahat etməyəcək

0
(Yenilənib 16:52 05.06.2020)
“Özün Yarat” adlı platformanın istifadəçiləri, əşyaların təkrar istifadəsi üçün yeni saytda yaradıcı fikirlər tapa və paylaşa bilərlər.

BAKI, 5 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd etmək üçün yenidən yaratmaq trendini təşviq edən platforma istifadəyə verib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanda daha çox insanı, gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədilə yeni platforma istifadəyə verilib. Belə ki, "Do-it-yourself" (DIY), yəni “Özün Yarat” adlı platformanın istifadəçiləri, əşyaların təkrar istifadəsi üçün yeni saytda yaradıcı fikirlər tapa və paylaşa bilərlər.

0