Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Qarabağ danışıqları barədə - Konkret sənəd var

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidПресс-конференция главы МИД РФ С. Лаврова
Пресс-конференция главы МИД РФ С. Лаврова - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN rəhbəri bir daha xatırladıb ki, Madrid sazişləri, Rusiya tərəfinin hazırladığı sənədlər, yəni Kazan prinsipləri və Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan və hazırda fəal müzakirə olunan layihələr var

BAKI, 21 parel – Sputnik. "Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa" zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr barədə danışarkən qeyd edib.

Президент Турции Реджеп Таййип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
“Nə ABŞ, nə Rusiya Qarabağ problemini həll edə bilmir” – Ərdoğan

“Qəbul edilmiş qətnamələr məlum sənədlərdir. Onlar hərbi əməliyyatların qızğın dövründə qəbul edilib və hər şeydən əvvəl hərbi əməliyyatların tamamilə dayandırılmasını və danışıqlara keçilməsini nəzərdə tutub. Qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqini tapıb. Eyni zamanda, sənədlərdə müharibəni dayandırmaq və danışıqlara keçmək çağırışı da yer alıb. İndi danışıqların Bakı-Yerevan, ATƏT-in Minsk qrupunun üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi formatı müəyyən edilib. Bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və razılığa gəlmək tələbini təcəssüm etdirən faydalı və yaxşı formatdır”, - Lavrov bildirib.

Rusiya XİN rəhbəri bir daha xatırladıb ki, Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni Kazan prinsipləri və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan və hazırda fəal müzakirə olunan layihələr var: “Bütün bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur. Əminəm ki, bu sənədlərin imzalanması mərhələsinə gələn zaman bunun müharibənin dayandırılmasını və danışıqlar aparılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsində önəmli addım olacağına əminəm. İndi isə razılığa gəlmək lazımdır və biz də ATƏT-in Minsk qrupunun həmsədrləri kimi buna çalışırıq”.

Xəbər lenti
0