Əlibəyli kəndində yaşayış evində güllə izi, arxiv şəkli

Düşmənin təxribat cəhdinin qarşısı alınıb, atışma davam edir

621
(Yenilənib 10:00 29.03.2020)
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır

BAKI, 24 mart — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla bildirir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

621