Snayper, arxiv şəkli

koronavirus sayırlar, ATƏT-in Minsk qrupunu

20
(Yenilənib 10:02 29.03.2020)
Martın 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edərək müvəqqəti olaraq monitorinq keçirməyəcəklərini bildirib, təxribata yol verməməyə çağırıblar

BAKI, 23 mart — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Qeyd edək ki, martın 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, COVID-19 virusunun yayılması ilə bağlı yaranmış müstəsna vəziyyətə görə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi tərəfindən monitorinq dayandırılıb. Bu baxımdan ATƏT-in Minsk qrupu həmsədrləri tərəfləri atəşkəsə ciddi əməl etməyə və bu dövrdə gərginliyi daha da artıra biləcək hər hansı təxribatlara yol verməməyə çağırıblar.

20