Xocalı soyqırımının qurbanlarının siyahısı, arxiv şəkli

Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş cinayətdir - Hikmət Hacıyev

13
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1/5 hissəsi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Azərbaycan tarixinin müxtəlif dövrlərində qadınlar müxtəlif sahələrdə, o cümlədən siyasət sahəsində önəmli rol oynayırlar. Təsadüfi deyil ki, Şərqdə ilk dəfə məhz 1918-ci ildə qadınlara səsvermə hüququ məhz Azərbaycan Xalq Cümhuriyyətində verilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” adlı beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Hikmət Hacıyev xatırladıb ki, konfrans Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində keçirilir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1/5 hissəsi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və 20 mindən artq soydaşımız hərbi əməliyyatlarda həlak olub. Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur".

Hikmət Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların rolunun aktivləşməsi olduqca önəmlidir: “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol onayırlar. Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır”.

13