SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib

© Photo : TRENDОбщеевропейский митинг в Берлине
Общеевропейский митинг в Берлине - Sputnik Azərbaycan
Abunə olmaq
Mitinq iştirakçıları "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.

BAKI, 22 fevral — Sputnik. Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə bu gün saat 13:00-da Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb.

© Photo : TRENDAlmaniyada Ümumavropa mitinqi
Общеевропейский митинг в Берлине - Sputnik Azərbaycan
1/3
Almaniyada Ümumavropa mitinqi
© Photo : TRENDAlmaniyada Ümumavropa mitinqi
Общеевропейский митинг в Берлине - Sputnik Azərbaycan
2/3
Almaniyada Ümumavropa mitinqi
© Photo : TRENDAlmaniyada Ümumavropa mitinqi
Общеевропейский митинг в Берлине - Sputnik Azərbaycan
3/3
Almaniyada Ümumavropa mitinqi
1/3
Almaniyada Ümumavropa mitinqi
2/3
Almaniyada Ümumavropa mitinqi
3/3
Almaniyada Ümumavropa mitinqi

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış ediblər.

Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.

Xəbər lenti
0