CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məmmədyarov və Mnatsakanyanın görüş yeri və tarixi açıqlandı

CC0 / Cristian Bortes / GenevaВид на город Женеву, фото из архива
Вид на город Женеву, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bir sıra məsələləri müzakirə edəcəyi bildirilir

BAKI, 27 yanvar — Sputnik. Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş tarixi açıqlanıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Ermənistan XİN-in yaydığı məlumata görə, nazir Zöhrab Mnatsakanyan 29-30 yanvar tarixlərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirəcək.

Onların vasitəçiliyi ilə Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş keçirəcək.

Tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bir sıra məsələləri müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, sonunu dəfə nazirlər 2019-cu ilin dekabrında Bratislavada ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin sammiti zamanı görüşüblər.

Xəbər lenti
0