Avropa Parlamentinin iclası

Dağlıq Qarabağın azərbaycanlı icmasından misilsiz aksiya

416
(Yenilənib 12:52 14.12.2019)
Məktubda qeyd olunub ki, insan hüquqları universaldır və Dağlıq Qarabağın azərbaycanlı icmasına münasibətdə seçimli şəkildə həyata keçirilə bilməz.

BAKI, 14 dekabr — Sputnik. "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın üzvləri Avropa Parlamentinin 751 deputatına məktub göndərib.

İcmadan Sputnik Azərbaycan-a verilən məlumata görə, məktubda icma üzvləri Avropa Parlamentində təmsil olunan deputatlara azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası və qorunması, onların öz yurdlarına geri dönməsi istiqamətində qətiyyətli qərarlar qəbul edəcəyinə və ədalətli mövqe göstərəcəklərinə dair əminliklərini bildiriblər.

"Dünyada qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının arxa plana keçirildiyi bir vaxtda, siz, Avropa Parlamentinin deputatları bu ali vəzifənin icrasına başlamısınız. Çox təəssüflər olsun ki, müasir dünyada insan hüquqlarının bir çox nailiyyətlərinin zorakı hərəkətlərlə pozulduğunu müşahidə edirik. Bu çətin dövrdə Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən azərbaycanlı məcburi köçkünlərin insan haqlarının müdafiəsi istiqamətində sarsılmaz iradə nümayişini sizlərdə görmək niyyətindəyik. Biz doğma yurdumuz Dağlıq Qarabağdan və ətraf rayonlardan zorla qovulan, etnik təmizləməyə məruz qalan insanlarıq"-deyə məktublarda bildirilib.

Məktubda həmçinin qeyd olunub ki, insan hüquqları universaldır və Dağlıq Qarabağın azərbaycanlı icmasına münasibətdə seçimli şəkildə həyata keçirilə bilməz: "Bizim vətənimizə qayıtmaq, məhrum olduğumuz əmlakımıza sahib çıxmaq, öldürülməkdən və ya etnik təmizləməyə məruz qalmaqdan qorxmadan ata-baba yurdumuzda ləyaqətlə yaşamaq hüququmuz var. Biz, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni icması ilə birlikdə dinc, yanaşı yaşamaq niyyətimizi açıq bəyan edirik. Bu baxımdan, əminik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında birbaşa dialoq gələcək sülh və firavanlıq üçün uyğun imkan yaratmağa kömək edəcək. Bu, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplər əsasında ədalətli həllinə öz töhfəsini verəcək".

416
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

14
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

14
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır

16
(Yenilənib 16:29 18.01.2021)
"Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk".

BAKI, 18 yanvar — Sputnik. "Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan qaçmaq daha yaxşı olardı". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən emosional bəyanatlara şahid olmuşuq: "Yeni müharibə - yeni ərazilər". Bilirsiniz necə? Söz material gücə çevrilir. Bu halda müxtəlif tərəflərdən sözlər neqativ material gücə çevrildilər. Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk. Mən ümid edirəm ki, emosiyalar ikinci plana keçiriləcək", - deyə Lavov qeyd edib.

16
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0