SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarovla Mnatsakanyan arasında görüş 3 saatdan çox davam edib

© REPORTAzərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb

BAKI, 5 dekabr — Sputnik. Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. 

Sputnik Azərbaycan  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində bildirib.

“Nə müharibə, nə də sülh”: Azərbaycan və Rusiya XİN başçıları Qarabağ münaqişəsinin həlli barədə  - Sputnik Azərbaycan
VİDEO
“Nə müharibə, nə də sülh”: XİN başçıları Qarabağ münaqişəsinin həlli barədə

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin baş tutan görüşü 3 saat yarımdan çox davam edib, tərəflər geniş müzakirələr aparıblar. 

Qeyd olunub ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb. 

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, E.Məmmədyarovla Z.Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib.

Xəbər lenti
0