CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədri Brüsselə gedib

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidВид на одну из улиц Брюсселя, фото из архива
Вид на одну из улиц Брюсселя, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni diasporunun əsas dayaqlarının yerləşdiyi ölkələrdən olan Belçikada xalqımızın haqq səsini çatdırmaq əsas vəzifəmizdir

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfərə gedib.

Sputnik Azərbaycan xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək.

"Burada keçirəcəyimiz görüşlərin Los-Anceles və Ankaradakı uğurlarımızın davamı olacağına əminik. Erməni diasporunun əsas dayaqlarının yerləşdiyi ölkələrdən olan Belçikada xalqımızın haqq səsini çatdırmaq əsas vəzifəmizdir", - icmadan bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabr ayında ABŞ-ın Los-Anceles şəhərinə və Türkiyənin Ankara şəhərinə səfər edib. İcma üzvləri hər iki şəhərdə xeyli sayda görüşlər keçirib.

Xəbər lenti
0