Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyi: Ermənistanın yaydığı məlumat əsassızdır dezinformasiyadır

13
(Yenilənib 21:38 26.11.2019)
Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır

BAKI, 26 noyabr — Sputnik. “Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

“Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır.

Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”.

13