İşqal olunmuş Hadrut şəhərində binanın qalıqları, arxiv şəkli

Ümid var: İqor Popov Qarabağ münaqişəsinə dair qəliz sualları cavablandırdı

55
(Yenilənib 15:26 21.11.2019)
"Dəfələrlə vurğulamışıq ki, Rusiya hökuməti tərəfindən “Artsaxın Rusiyadakı daimi nümayəndəliyi” deyilən nəsə suveren bir dövlətin diplomatik missiyası kimi qeydiyyata alınmayıb"

BAKI, 21 noyabr — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bölgənin bütün əhalisinin rəyi nəzərə alınmalıdır".

Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya Rusiya Xarici İşlər nazirinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

- Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Yerevana son səfəri zamanı “Dağlıq Qarabağ xalqı" ifadəsini işlətməsi, eləcə də “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” açıqlaması Azərbaycanda mənfi qarşılanıb. "Dağlıq Qarabağ xalqı" deyərkən bölgənin azərbaycanlı əhalisi də nəzərdə tutulubmu?

- Mən bundan çıxış edirəm ki, bütün maraqlı tərəflərin razılığı olmadan Dağlıq Qarabağ münaqişəsini nizamlamaq mümkün deyil. Bütün bölgə əhalisinin rəyi nəzərə alınmalıdır. Həqiqətən, nizamlanmanın əsas prinsiplərinin bütün variantlarına əsasən, qaçqın və məcburi köçkünlər keçmiş yaşayış yerlərinə qayıtmaq və müvafiq olaraq gələcək talelərinin müəyyənləşdirilməsində iştirak etmək hüququna malikdirlər. Bu hüquq necə və nə vaxt həyata keçiriləcək - buna tərəflər qərar verəcək.

- Rusiya Federasiyası Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar formatının dəyişdirilməsi ideyasını dəstəkləyirmi? Rusiyanın bu məsələ ilə bağlı mövqeyində hansısa dəyişiklik baş veribmi?

- Rusiyanın danışıqlar formatı ilə bağlı mövqeyi hər zaman ardıcıl olub. Biz dəfələrlə demişik ki, danışıqlar formatının tərkibini razılaşdırmağı və müəyyənləşdirməyi tərəflər özü həll etməlidir. Məsləhətləşmələrin və danışıqların ilkin mərhələsində, hərbi əməliyyatlar dayandırılan zaman Dağlıq Qarabağ atəşkəs haqqında sazişin imzalanmasından sonra müvafiq razılaşmanın və danışıqların iştirakçısı olub. Sonra qərara alındı ki, Qarabağın maraqlarını Yerevan təmsil edəcək. Əgər zamanla tərəflər Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesinə qoşulmağa razılıq versə, bu qərarı dəstəkləyəcəyik.

- Rusiya XİN başçısının son açıqlamalarında danışıqlar prosesində tormozlanmanın müşahidə olunduğu vurğulanıb. Rusiya bu prosesin yerindən tərpənməsi üçün hansısa addımları atmağı düşünürmü?

- Rusiya hər zaman aktiv vasitəçilik mövqeyi tutub. Bu uzun sürən münaqişənin nizamlanmasında tərəflərə yardım etmək Rusiya Federasiyasının qeyd-şərtsiz xarici siyasət prioritetlərindən biridir. Bu istiqamətdə aktiv işləyirik. Rusiyanın birbaşa köməyilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il atəşkəs haqqında Saziş var. Ölkəmizin vasitəçilik səyləri yolunda atılan mühüm addım 2008-ci ildə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında ilk və bu günə qədər yeganə sənəd olan Moskva Bəyannaməsinin qəbulu oldu. Bildiyiniz kimi, məhz Rusiya Azərbaycan və Ermənistanın baş qərargah rəislərini Moskvaya dəvət etməklə 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatlara son qoyulmasında həlledici rol oynayıb.

Vasitəçilik missiyamızı fransalı və amerikalı tərəfdaşlarımızla sıx təmasda həyata keçiririk. Bu ilin aprelində Moskvada Sergey Lavrov tərəfindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil olunub, bu görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər. Görüşdə bu ilin mart ayında Vyanada İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaların işlənib hazırlanması zamanı nizamlanmanın mahiyyəti üzrə danışıqlar prosesinin yenidən başlamasına əlverişli atmosfer yaratmasına istiqamətlənən konkret təkliflər hazırlanıb. Bunlar arasında münaqişə zonasında vəziyyətin sabitləşməsi, tərəflərdə saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var. KİV nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bir sıra həlli çətin problemləri nəzərdən keçirilib. Bu təkliflərin bir qismi həyata keçirilib. 

Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Bakı ilə Yerevan arasında qaynar xətt bərpa olunub. Jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı məsələdə irəliləyiş var. Əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov qaytarılıblar. Digər məhkumların qaytarılması ilə bağlı da iş davam edir. Bu prosesə Beynəlxalq Qırmızı Xaç Komitəsi qoşulub. Hesab edirik ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamaq istiqamətində konkret addımlar atmaq niyyətindən xəbər verir. 

Ancaq vasitəçiliyimizin əsas mövzusu münaqişənin dayanıqlı həllinə nail olmaqda tərəflərə kömək etməkdir. Buna Rusiya Federasiyası Prezidentinin iştirakı ilə 20-dən çox üçtərəfli görüş həsr olunub. Nazirlər işləməyi davam etdirirlər. Bütün həmsədr ölkələrin dəstəklədiyi əsaslı təkliflər var.

Rusiya XİN binası
© Sputnik / Natalya Seliverstova

Ermənistan yeni rəhbərliyinə sadə olmayan Qarabağ prosesinin bütün təfərrüatlarını anlamaq üçün vaxt lazım idi. Bu mövzu Rusiya xarici işlər nazirinin Yerevana son səfəri zamanı müzakirə edilib. Ümid var ki, yaxın müddətdə tərəflər arasında predmetli danışıqlar bərpa olunacaq. Öz tərəfimizdən Minsk Qrupunun fransalı və amerikalı həmsədrləri ilə birlikdə lazımi köməyi göstərəcəyik.

- Azərbaycan tərəfinin narazılığına səbəb olan başqa bir məsələ qondarma "Dağlıq Qarabağ" qurumunun Moskvada Daimi Nümayəndəliyinin fəaliyyət göstərməsi və separatçı rejimin nümayəndələrinin Moskvaya səfərlər edib görüşlər keçirməsidir. Son dəfə bununla bağlı hətta Azərbaycan və Rusiya XİN-i arasında nota mübadiləsi oldu. Tanınmamış, Rusiyanın özünə dost hesab etdiyi Azərbaycanın işğalçı saydığı qondarma bir qurumun Moskvada nümayəndəliyinin fəaliyyət göstərməsi nə dərəcədə doğrudur?

- Dəfələrlə vurğulamışıq ki, Rusiya hökuməti tərəfindən “Artsaxın Rusiyadakı daimi nümayəndəliyi” deyilən nəsə suveren bir dövlətin diplomatik missiyası kimi qeydiyyata alınmayıb, çünki ölkəmiz Dağlıq Qarabağ Respublikasını tanımır. Ona görə də Rusiya tərəfinə qarşı hər hansı iddia əsassızdır. Bu sualınıza ətraflı cavab Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat departamentinin 8 noyabr 2019-cu tarixli şərhində yer alıb.

55
Vüqar Muradov

Əsgərlərin ölümü indiyəcən gözümün önündən getmir: Muradov qələbəmizi fərqli yaşayır

335
(Yenilənib 00:18 30.11.2020)
Vüqar Muradov etiraf edib ki, ön cəbhədə olarkən öz peşəsi barədə tamamilə unudub və əsgərlərə kömək etmək üçün əlindən gələni edib – yemək bişirib, bərbərlik edib, hətta sürücü kimi də çalışıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr - Sputnik. İndiyədək əsgərlərin ölüm səhnəsi gözümün önündən getmir, ona görə də Qələbəyə ürəkdən sevinmək alınmır. Bunu Sputnik Azərbaycan-a  müsahibəsində tanınmış müğənni, “yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov deyib. Vüqar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayanda könüllü olaraq cəbhəyə yollanmışdı.

Muradov danışır ki, könüllü yazılmazdan öncə öz rayonunun hərbi komissarlığından bildiriş gözləsə də o sənəd heç cür gəlməyib. Ona görə də İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra müğənni özü hərbi komissarlığa gedib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Cəbhəyə getmək istəyənlərin sayı çox idi. Oturub məni çağıracaqlarını gözləyə bilməzdim. Hərbi komissarlığın əməkdaşlarından xahiş elədim ki, adımı siyahıda birinci yazsınlar ki, məni cəbhəyə tez göndərsinlər. Onlar bunu etmək istəmirdilər. Amma mən dedim ki, əgər göndərməsələr, özüm gedəcəm, məni də heç kim saxlaya bilməyəcək. Sağ olsunlar ki, xahişimi yerə salmadılar”, - Muradov qeyd edir.

Müğənni etiraf edir ki, hərbi hissədəki əsgərlər onu görəndə xeyli təəccübləniblər. Onlar hesab ediblər ki, Muradov onlara mahnı oxuyaraq əhval-ruhiyyələrini yüksəltməyə gəlib.

Посмотреть эту публикацию в Instagram

Публикация от VÜQAR MURADOV BARİTON (@vuqar_muradov_bariton)

“Müharibə şou yeri deyil. Mən oraya oxumağa yox, döyüşməyə getmişdim. Orada öz sənətimi tamamilə unutdum, lazım olan hər şeyi eləməyə, köməklik göstərməyə çalışırdım. Həm sürücü oldum, həm əsgərlərə kabab çəkdim, həm ayrı yeməklər bişirdim, əsgərlərin başını qırxdım, saçını kəsdim, maşınlarını təmir elədim. Nə iş görməyin mənimçün fərqi yox idi. Bizim hər birimiz bir-birimizə kömək etməyə, bir-birimizin yolunda canından keçməyə hazır idik, halbuki heç tanış da deyildik”, - Muradov danışır.

Müğənni hər şeylə təmin olunmalarına rəğmən, cəbhəyə yemək və geyim göndərən Azərbaycan xalqına xüsusi münnətdarlığını bildirir.

İkinci Qarabağ müharibəsində qələbə qazanmağımıza baxmayaraq, Muradov deyir ki, ürəkdən sevinə bilmir. Birlikdə döyüşdüyü, çörək kəsdiyi əsgərlərin ölüm səhnələrini heç cür unuda bilmir.

“Gözlərimi yuman kimi sanki cəbhəyə qayıdıram. Yuxuda da özümü ön cəbhədə görürəm. Bunların hamısını yaşamaq çox çətindir. Müharibədə həmişə çətindir. Oradan tamamilə başqa adam kimi qayıtmışam. Allaha şükür, biz qalib gəldik, şəhidlərimizin ölümü hədər olmadı. Uzun illər işğal altında qalan torpaqlarımızı gördüm. O anlarda heç birimiz göz yaşlarımızı saxlaya bilmədik”, - müğənni danışır.

O etiraf edir ki, bir çox ölkələrdə olub, hər dəfə Qarabağ münaqişəsi barədə az da olsa məlumatı olan əcnəbilərlə söhbətində hiss edib ki, onlar azərbaycanlıları uduzmuş  xalq hesab ediblər. İndi isə Azərbaycan qalib dövlət olub.  

Muradov ümid edir ki, birlikdə döyüşdüyü əsgərlərlə tezliklə yenidən görüşəcək. Onların çoxu hələ evlərinə qayıtmayıb.

335
Teqlər:
Vüqar Muradov, Yeni ulduz, müğənni, döyüş, müharibə, ön cəbhə, Azərbaycan, Qarabağ
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

68
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

68
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
mikrofon

Əfsanəvi duet ortaqları yenidən bir araya gəliblər

0
Musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Akif İslamzadənin də yer aldığı klip insanların marağına səbəb olub

BAKI, 30 noyabr — Sputnik. Məşhur estrada müğənnisi Akif İslamzadə və Xalq artisti Brilliant Dadaşovanın 35 il sonra yenidən bir araya gəliblər.

Sputnik Azərbaycan xəbər verir ki, musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər.

Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olub.

0