Rusiya Xarici İşlər naziri Sergey Lavrov

Qarabağa dair emosional bəyanatlar işə kömək etmir Lavrov

18
(Yenilənib 16:35 31.10.2019)
“Hazırda jurnalistlərin səfəri ilə bağlı ATƏT Baş katibliyinin vasitəçiliyi ilə dialoq davam edir. Bunun həyata keçəcəyinə dair ümid var”

BAKI, 31 oktyabr — Sputnik. “Rusiya tərəfi Qarabağ münaqişəsinin həll yolunun tapılmasında ATƏT-in fəaliyyətini dəstəkləyir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə bu gün keçirdiyi görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Lavrov bu ilin aprelində Moskvada ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşün keçirildiyini xatırladıb. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan arasında humanitar tədbirlərin keçirilməsinin ətraflı müzakirə edildiyini söyləyib.

"Həmin vaxt çox açıq müzakirələr getdi. Həlak olanların meyitlərinin və saxlanılanların dəyişdirilməsini, həmçinin jurnalistlərin qarşılıqlı səfərlərini müzakirə etdik. Hazırda jurnalistlərin səfəri ilə bağlı ATƏT Baş katibliyinin vasitəçiliyi ilə dialoq davam edir. Bunun həyata keçəcəyinə dair ümid var. Saxlanılanların mübadiləsi məsələsində isə nikbinlik azdır".

ATƏT-in baş katibi Tomas Qreminger isə qeyd edib ki, Azərbaycan ilə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təhlükəsizlik baxımından sabitliyi qoruyub saxladıqlarından razıdır: "Danışıqlar prosesində müəyyən ləngimənin olduğunu söyləyə bilərəm. Ümid edirik ki, Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislava iclası zamanı nəzərdə tutulan görüş bu prosesi canlandıracaq".

Məmmədyarov Qarabağ münaqişəsinin həllində MDB-nin rolunu şərh edib>>

Qreminger qeyd edib ki, inamın möhkəmləndirilməsi üçün tədbirlər lazımdır: "Bakı ilə Yerevan arasında birbaşa əlaqənin yaradılması kimi bu cür tədbirlərin bəziləri artıq həyata keçirilib. Bütün bunlar müsbət nəticələrə gətirib çıxarmalıdır. Bəzi məsələlərdə, yəni girovların azad edilməsi və jurnalistlərin qarşılıqlı səfərlərinə dair danışıqlarda irəliləyiş əldə olunmur. Mən ümid edirəm ki, biz yaxın vaxtlarda bu cür tədbirlərin həyata keçirilməsinə başlayacağıq".

18