Rusiya Xarici İşlər naziri Sergey Lavrov

Lavrov Tonoyanın "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatına münasibət bildirib

62
(Yenilənib 17:22 26.11.2019)
Ermənistanın Müdafiə naziri David Tonoyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə sualı cavablandırarkən bu məsələnin artıq bitdiyini bəyan etmişdi

BAKI, 31 oktyabr — Sputnik. "Belə bəyanatlar yəqin ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan işə kömək etmir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremmingerlə görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında Ermənistanın Müdafiə naziri David Tonoyanın "Dağlıq Qarabağ məsələsi həll olunub" bəyanatı ilə bağlı suala cavabında bildirib.

Lavrov qeyd edib ki, hər iki tərəfdən səslənən emosional bəyanatlar işə kömək etmir: "Mövqeləri yaxınlaşdırmaq və güzəşt əldə etmək üçün həmsədrlərin davamlı səyləri lazımdır".

Qeyd edək ki, daha əvvəl Ermənistanın Müdafiə naziri David Tonoyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə sualı cavablandırarkən bu məsələnin artıq bitdiyini bəyan etmişdi.

62
Tərtər rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

2
(Yenilənib 07:58 28.10.2020)
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb

BAKI, 28 oktyabr - Sputnik. Bu gün saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi

2

Cəbhəyanı ərazilərdə müxtəlif növ döyüş sursatları aşkarlanıb

8
ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 29 066 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 28 oktyabr - Sputnik. Oktyabrın 27-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 20 (iyirmi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 22 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl kəndi, Taxtakörpü adlanan ərazisi və Hindarx qəsəbəsi, Ağdam rayonunun Ayaq Qərvənd və Əfətli kəndləri, Bərdə rayonunun Alpout, Qarayusifli, Böyük Göyüşlü kəndləri, Cəbrayıl rayonunun Soltanlı kəndi, Füzuli rayonunun 3-cü Zobcuq qəsəbəsi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc, Düyərli, Ələsgərli, Qazyan kəndləri, Narlıq qəsəbəsi və E.Səfərov küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd 57 mm-lik top mərmisi (BM-8), 1 560 ədəd piyada əleyhinə PMN minası, 67 ədəd piyada əleyhinə OZM-72 minası, 33 ədəd tank əleyhinə TM-62M minası, 18 ədəd tank əleyhinə TM-62P2 minası, 34 ədəd MVP partladıcısı, 202 ədəd MVÇ partladıcısı, 76 ədəd detonator və 20 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 29 066 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

8
Əlaqədar
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Cəbhəboyu ərazilərdə top mərmiləri aşkar edildi
Goranboyun dinc həyatına son: “Smerç” raketi partlamasa da, təhlükə olaraq qalır – VİDEO
Cəbhəboyu ərazilərdə raket, top mərmiləri və dronlar zərərsizləşdirildi
Cəbhəyanı bölgələrdə 175 partlamamış sursat, mərmi qalıqları və dronlar zərərsizləşdirilib