Azərbaycan Xarici İşlər Nazirliyinin binası

Fransa məhkəməsi Qarabağdakı qondarma rejimlə imzalanmış xartiyanı ləğv edib

24
(Yenilənib 17:30 19.10.2019)
XİN: “Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbi qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır”

BAKI, 19 oktyabr — Sputnik. Oktyabrın 17-də Lion inzibati məhkəməsi Fransanın Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 2015-ci il mayın 18-də imzalanmış "xartiya"nı ləğv edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda Fransa məhkəməsinin Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarı alqışlanıb: "Bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 10 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz “xartiya”nın hamısı ləğv edilib".

"Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni “sənədlər” də tezliklə Fransa məhkəmələri tərəfindən ləğv ediləcək. Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbi qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır", - deyə məlumatda qeyd olunub.

24

Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur FOTOFAKTLAR

58
(Yenilənib 22:57 28.09.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir. Bunun təsdiqini Sputnik Azərbaycan-ın fotolentində görə bilirsiniz.

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan-ın müxbiri Ağdam rayonunun Çıraqlı kəndində bunun şahidi olub və hətta özü də atəşə məruz qalıb.

Mərmilər yerli sakinlərin evlərini dağıdıb, yaralılar var, ev heyvanları tələf olub. Ermənistan silahlı qüvvələrinin mərmiləri kənd yolunun bir hissəsini də dağıdıb.

Tərtər rayonunun Qapanlı kəndinin, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərinin, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

58
  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində tələf olan heyvanlar

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəşin nəticəsi

Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Atəşə tutulan mülki əhali ilə bağlı daha bir bəyanat yayıldı

49
(Yenilənib 22:43 28.09.2020)
Dünən Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda dinc əhalinin də atəşə tutulmasından bəhs edilib:

"Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş verib.

Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan silahlı birləşmələri bu dəfə bütün təmas xətti boyu hücuma keçərək Azərbaycan mövqelərini, yaşayış məntəqələrini intensiv şəkildə müxtəlif növ silah və artilleriya qurğuları ilə atəşə tutmaqda, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqda davam edir.

Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

Ermənistan silahlı qüvvələrinin iki gün ərzində açdığı atəş nəticəsində dinc əhali arsında xeyli sayda ölən və yaralanan var.

Bu hadisələr Ermənistanın cari ilin 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi zorakı və təcavüzkar əməllərinin davamı kimi qiymətləndirilir.

Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, "Müharibə zamanı mülki əhalinin müdafiəsi" haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübut edir.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təcavüz aktına cavab olaraq əks-hücum əməliyyatlarını həyata keçirərək, mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dünya ictimaiyyətini, eləcə də aidiyyəti beynəlxalq təşkilatları, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında" 2427 qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə seyrçi qalmamağa, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin, xüsusən də qadın və uşaqların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində üzərlərinə düşən zəruri addımları atmağa və müvafiq tədbirlər görməyə çağırırıq".

49
Yük maşını

Aksiyaya qoşulmaq istəyənlər BNA-ya müraciət edə bilərlər

0
(Yenilənib 23:04 28.09.2020)
Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər.

BAKI, 28 sentyabr — Sputnik. Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə "Hər şey vətən üçün" aksiyası davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, iyul ayının düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə "Hər şey vətən üçün" aksiyasına başlayıb. Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

0