QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məmmədyarov Qarabağ münaqişəsinin həllində MDB-nin rolunu şərh edib

© AFP 2023 / OZAN KOSEXarici İşlər naziri Elmar Məmmədyarov
Xarici İşlər naziri Elmar Məmmədyarov - Sputnik Azərbaycan
Abunə olmaq
AR XİN başçısı: MDB məkanında həll olunmamış münaqişələr yalnız başda iqtisadi, humanitar və digərləri olmaqla istənilən fəaliyyətə maneələr yaradır

BAKI, 17 oktyabr — Sputnik. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əsas iş ATƏT-in Minsk qrupu çərçivəsində aparılır, Müstəqil Dövlətlər Birliyində deyil. Bunu Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov "İzvestiya"ya müsahibəsində MDB-nin Qarabağ münaqişəsinin həllində rolunu şərh edərkən deyib.

Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров - Sputnik Azərbaycan
QARABAĞ
Məmmədyarov Mnatsakanyanla görüşdən məyus olub: əsaslı danışıqlar lazımdır

XİN başçısı xatırladıb ki, əvvəllər Azərbaycanla Ermənistan arasındakı münaqişənin nizamlanması ilə BMT məşğul olub.

"Bildiyiniz kimi, ölkələr arasında sülhün və təhlükəsizliyin qorunması üzrə əsas orqan olan BMT Təhlükəsizlik Şurası münaqişənin qızğın dövrü olan 1993-cü ildə formatları müəyyənləşdirdi, münaqişənin həllinə zəmin hazırladı və dörd qətnamə qəbul etdi", - deyə nazir bildirib.

Məmmədyarov qeyd edib ki, sonra sülh təşəbbüsü ATƏT-in Minsk qrupuna ötürülüb və o, indi də beynəlxalq təşkilatın ona verilimiş mandatına uyğun olaraq Bakı ilə Yerevan arasında tənzimləmə ilə məşğuldur. Üç həmsədrin rəhbərlik etdiyi Minsk Qrupu bu münaqişənin həlli ilə bağlı ATƏT-in əsas agentidir.

"Biz MDB Xarici İşlər Nazirləri Şurası müstəvisində, şübhəsiz ki, bu mövzuya qısaca toxunduq - hamımız başa düşürük ki, MDB məkanında həll olunmamış münaqişələr yalnız başda iqtisadi, humanitar və digərləri olmaqla istənilən fəaliyyətə maneələr yaradır", - deyə o əlavə edib.

"Birliyin bütün on ölkəsi, o cümlədən Azərbaycan və Ermənistan, bu münaqişənin sürətli həllini tapmağın lazım olduğunu qəbul etdi. Ancaq etiraf etmək lazımdır: nizamlanma ilə bağlı əsas iş MDB-də deyil, ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilir", - deyə Məmmədyarov fikrini tamamlayıb.

Xəbər lenti
0