Rusiya Xarici İşlər naziri Sergey Lavrov

Rusiya XİN rəhbəri Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşmadan danışdı

21
(Yenilənib 19:00 02.10.2019)
Sergey Lavrov: “Biz dəfələrlə müzakirələr apardığımız baza prinsipləri əsasında düyünün açılmasını istəyirik”

BAKI, 2 oktyabr — Sputnik. “Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşması mövcuddur. Bu, çox nadir bir vəziyyətdir”.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN başçısı münaqişə ilə bağlı baza sənədlərinin olduğunu bildirib.

“Biz dəfələrlə müzakirələr apardığımız baza prinsipləri əsasında düyünün açılmasını istəyirik. Düyünün açılması ancaq birbaşa dialoqdan keçir. Təmaslar var. Lakin münaqişənin nizamlanması ilə bağlı dialoq belə desək, hələlik yenilənmir. Lakin mən Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması kimi bir təhlükə görmürəm. Biz əlimizdən gələni edəcəyik ki, bu baş verməsin”, - deyə S.Lavrov vurğulayıb.

21