Каска армянского солдата, фото из архива

Qarabağda erməni əsgərin meyiti tapıldı

14
(Yenilənib 12:29 28.09.2019)
Bu gün Bakı vaxtı ilə saat 06:50 radələrində 1999-cu il təvəllüdlü Arman Armenoviç Levonyanın meyiti aşkarlanıb

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbçi naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 06:50 radələrində 1999-cu il təvəllüdlü Arman Armenoviç Levonyanın meyiti aşkarlanıb.

Hazırda insidentin təfərrüatları araşdırılır.

14