Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və keçmiş Martuni (indiki Xocavənd) rayonundan Azərbaycan hökumətinin nəzarətində olan yeganə ərazi

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb

20
(Yenilənib 11:00 03.09.2019)
Erməni icması bu yalançı və saxta "matriks"dən azad olmalı və yeganə çıxış yolu olan - azərbaycanlı icma ilə bir yerdə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ədalətli və daimi sülhün bərqərar olması üçün addım atmalıdır

BAKI, 3 sentyabr — Sputnik. "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi "müstəqillik günü" ilə bağlı bəyanat yayıb.

İcmadan Sputnik Azərbaycan-a daxil olan bəyanatda deyilir:

"Ermənistan KIV-lərində yayılan məlumata əsasən, sentyabrın 2-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejim "müstəqillik günü" adı altında növbəti təxribat xarakterli "tədbirlər" keçirməklə məşğuldur. Cinayətkar hərbi xunta tərəfindən məsxərə xarakterli növbəti "müstəqillik günü tədbirləri"nin qeyd edilməsi bir daha təsdiq edir ki, Ermənistan və onun əlaltısı olan cinayətkar rejim münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil və danışıqlara xələl gətirmək məqsədilə istənilən imkanı "hədər vermir". Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdən qovulmuş yüzminlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma "müstəqillik" heç bir gələcək vəd etmir. Beynəlxaq təşkilatlar və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə, qondarma cinayətkar xuntanın "müstəqillik günü" qeyd etməsi, onun çıxılmaz vəziyyətdə olmasının təcəssümüdür".

Bəyanatda qeyd edilir ki, Ermənistan işğalçı siyasəti ilə özünü iqtisadi, siyasi və s. cəhətlərdən regionda inkişafdan geri salmaqla və özünü uçuruma aparmaqla kifayətlənməyərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraqməkrli siyasəti üçün istifadə etməkdə davam edir: "Erməni icması bu yalançı və saxta "matriks"dən azad olmalı və yeganə çıxış yolu olan - azərbaycanlı icma ilə bir yerdə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ədalətli və daimi sülhün bərqərar olması üçün addım atmalıdır. Dünya ictimaiyyəti münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe göstərən regionun lider ölkəsi olan Azərbaycanın ədalətli mövqeyi ilə təcavüzkar Ermənistanın atdığı addımları yaxşı görür. Ermənistan və xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə cıxarmalı və hesablanmamış atılan addımlara görə məsuliyyət daşıdıqlarını dərk etməlidir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini "möhkəmləndirmək" üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra iki icmanın sülh şəraitində birgə yaşayışını müzakirə etmək olar. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik".

20
Cavab atəşi, arxiv şəkli

Cəbhədə gərginlik artıb

11
(Yenilənib 09:36 06.07.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 57 dəfə pozub

BAKI, 6 iyul — Sputnik. Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, işğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

11
Əlaqədar
Cəbhədə əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır - MN
Ermənistan ordusu əsgərlərimizin səbrini tarıma çəkdi
İlham Əliyev: "Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir"
Zakir Həsənov: “Darmadağın üçün bütün imkanlarımız var”
Şuşa, arxiv şəkli

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması: Ermənistan işğalı uzatmaq niyyətindədir

6
(Yenilənib 15:25 05.07.2020)
Ermənistanın və erməni diasporunun etnik təmizlənməyə məruz qalmış azərbaycanlıları hədəf alan nifrət nitqi kampaniyaları bunun əyani sübutudur.

BAKI, 5 iyul – Sputnik. Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış edir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 1/5 hissəsini təşkil edən Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olması fonunda baş verir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatında deyilir.

Nə qədər anormal səslənsə də, 30 ildə yaxındır ki bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salmış, onları əsas insan hüquqlarından məhrum etmiş Ermənistan utanmadan erməni əhalisinin münaqişədən əziyyət çəkməsindən şikayətlənir.

Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində təşkil etdiyi qondarma rejimin adından gülünc açıqlamalar verməklə ya reallıqları dərk etmir, ya da bu cür əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldada biləcəyini zənn edir.

Görünən odur ki, bizim sülh mesajlarımızın ruhuna zidd olaraq Ermənistan Azərbaycan ərazilərinin işğalını uzatmaq niyyətindədir. Ermənistanın və erməni diasporunun etnik təmizlənməyə məruz qalmış azərbaycanlıları hədəf alan nifrət nitqi kampaniyaları bunun əyani sübutudur.

Biz Ermənistanı münaqişənin həllində destruktiv mövqe tutmaqdansa sülhə yönəlməyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı əhalinin sülh şəraitində birgə yaşayışı istiqamətində bizim səylərimizi dəstəkləməyə dəvət edirik. Bölgə əhalisinin təhlükəsizliyi və rifahı yalnız davamlı və ədalətli sülhün əldə olunması ilə mümkün ola bilər.

6
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0