İşğal olunmuş ərazilərimiz, arxiv şəkli

İşğal edilmiş Qarabağda partlayış olub, yaralanan var

28
Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir

BAKI, 19 iyun — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində aviamərminin partlaması nəticəsində Sarkisyan soyadlı bir erməni yaralanıb.

Sputnik Armeniya xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisənin detalları məlum deyil.

28