Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyi: Qriqoryanın səsləndirdiyi sərsəm fikirlərdir

69
(Yenilənib 19:12 23.05.2019)
"Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır"

BAKI, 23 may — Sputnik. "Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur və onun hərb işində diletant olduğunu göstərir".

Sputnik Azərbaycan xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikirlərə münasibət bildirən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (MN) məlumatında belə qeyd olunub.

"Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır" - MN-dən bildirilib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün jurnalistlərə verdiyi açıqlamasında, guya Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun cəbhə zonasında olduğu zaman Ermənistan Silahlı Qüvvələrinin müşahidəsinə düşdüyünü və bundan sonra onun cəbhə xəttini tərk etdiyini deyib.

69