Cəbhə bölgəsi

Diqqətlər cəbhənin Qazax istiqamətinə yönəlib

48
(Yenilənib 10:12 22.05.2019)
Qoşunların təmas xəttində monitorinq keçiriləcək

BAKI, 22 may — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.

48
Teqlər:
ATƏT, monitorinq, cəbhə
Əlaqədar
Cəbhədə silahlar yenə də susmayıb
Cəbhədə atışma olub
Qızıl Aypara: cəbhə bölgəsində yeni layihələr
Müdafiə naziri yenidən cəbhə xəttində – FOTOLAR