QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiyadan Qarabağla bağlı açıqlama: Vaxt və siyasi iradə lazımdır

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya XİN binası
Rusiya XİN binası - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya tərəfi kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcək

BAKI, 10 may — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi mürəkkəb prosesdir. Nizamlanmanın əsas aspektlərini razılaşdırmaq üçün vaxt və tərəflərin siyasi iradəsi tələb olunur".

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb - Sputnik Azərbaycan
Rəsmi Minsk Qarabağ məsələsində Azərbaycanı dəstəklədi

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunur ki, Rusiya tərəfi kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcək.

"Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı, xarici işlər nazirlərinin isə Moskvadakı görüşlərinin nəticələri bunu təsdiqləyir. ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik" - deyə Rusiya XİN-nin açıqlamasında vurğulanıb.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb.

Xəbər lenti
0