Nikol Paşinyan Qarabağda, arxiv şəkli

Paşinyan yenə qanunsuz olaraq Qarabağa gəlib

139
(Yenilənib 12:21 09.05.2019)
Mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezident Serj Sarqsyan da Qarabağa gəlib.

BAKI, 9 may – Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Ermənistanın baş nazir Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin
© Sputnik / Aleksey Druzhinin

Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, onu Xankəndi hava limanında separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezident Serj Sarqsyan da Qarabağa gəlib.

Xatırladaq ki, 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhəri Ermənistan və havadarları tərəfindən işğal edilib.

139