Azərbaycan XİN

Uruqvay XİN: Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq

24
(Yenilənib 13:23 27.04.2019)
"Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir"

BAKI, 27 aprel — Sputnik. Dünən Uruqvayın Xarici Əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov arasında görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. 

İlham Əliyev və Vladimir Putin
© Sputnik / Алексей Никольский

Məlumata görə, Azərbaycan səfirinin müraciəti əsasında keçirilən görüşün başlıca məqsədi ikitərəfli gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndəsinin" Uruqvaya gəlməsi və burada guya ki, ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən mövcud yüksək səviyyəli əlaqələr haqda fikir mübadiləsi aparıblar. Burada, həmçinin Bakıda keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumunda Uruqvay Xarici Əlaqələr naziri Rodolfo Nin Novoanın iştirakı məsələsi də müzakirə edilib.

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq qurumun qondarma "xarici işlər nazirinin" Uruqvaya səfəri məsələsinə gəldikdə isə, Uruqvay hökumətinin mövqeyinin fundamental və dəyişilməz olduğu XİN rəsmisi tərəfindən vurğulanıb. Bəyan edilib ki, Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və Dağlıq Qarabağdakı separatçı rejimi tanımır. Münaqişənin sülh yolu ilə həll edilməli olduğu qeyd edilərək, Uruqvayın ATƏT-in Minsk qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəklədiyi vurğulanıb.

Görüşlə bağlı Uruqvay Xarici Əlaqələr Nazirliyi mətbuat məlumatı yayıb.

Azərbaycan səfirinin, həmçinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü baş tutub. Görüş zamanı L.Topolanski parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib.

Görüş nəticəsində Uruqvay Baş Assambleyası (parlament) rəhbərliyinin mətbuata açıqlaması yayılıb. Açıqlamada Uruqvay Baş Assambleya və Senatının rəhbərliyinin Xarici Əlaqələr Nazirliyi tərəfindən yayılmış mətbuat açıqlamasının və xüsusilə də açıqlamanın sonuncu bəndində qeyd olunmuş "Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir, Dağlıq Qarabağdakı separatçı rejimi tanımadığını bir daha bildirir, münaqişənin sülh yolu ilə həll edilməli olduğu və bu məqsədlə Uruqvayın ATƏT-in Minsk qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir" fikrinin tam dəstəklədiyi bəyan edilib.

Səfir Rəşad Aslanov Uruqvayın keçmiş Prezidenti Xose Muxiko ilə də görüş keçirib. Dostluq şəraitində baş tutan bu görüşdə sabiq dövlət başçısı münaqişələrin sülh şəraitində həll edilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan xalqına tərəqqi və uğurlar arzulayıb.

24
Teqlər:
separatçı rejim, erməni, Dağlıq Qarabağ, səfir, Azərbaycan, Uruqvay
Əlaqədar
Səfir: “Dağlıq Qarabağla bağlı dialoqun davam etdirilməsini gözləyirik”
Kritik görüşə saatlar qaldı, Qarabağın taleyi müzakirə olunacaq
“Sülhün alternativi fəlakətdir” - erməni nazir Qarabağdan danışdı
Niderland səfiri Qarabağ probleminin həllinə dair fikirlərini bölüşdü

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

24
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

24