QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sutka ərzində atəşkəs dəfələrlə pozulub

© pixabay / Military_MaterialƏsgər atəşkəs
Əsgər atəşkəs - Sputnik Azərbaycan
Abunə olmaq
Müxtəlif istiqamətlərdən ordumuzun mövqeləri atəşə tutulub

BAKI, 27 aprel — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Nəmirli, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti
0