İlham Əliyev və Vladimir Putin

Əliyev Putin Qarabağın həlli yolunu müzakirə ediblər

446
(Yenilənib 15:24 26.04.2019)
Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.

BAKI, 26 aprel — Sputnik. Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. 

İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin Pekində görüşü olub
© Official web-site of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub.

Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirildi və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Prezident Vladimir Putin bəyan edib ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirib. Ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

446