Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan

Paşinyanın xanımından sensasion açıqlama: "Əsgərlərimiz mənasız yerə Qarabağda ölüblər"

3885
(Yenilənib 14:03 08.04.2019)
ABŞ-ın Boston ştatındakı erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi "Təbəssüm şəhəri" Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib

BAKI, 8 aprel — Sputnik. "Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatını itirib".

Sputnik Azərbaycan "Yekramas" nəşrinə istinadən xəbər verir ki, bu sensasion açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan "Amerikanın səsi" radiosunun erməni redaksiyasına müsahibəsi zamanı verib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən Akopyan qeyd edib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həlak olub.

Xatırladaq ki, Ermənistanın baş nazirinin həyat yoldaşı hazırda ABŞ-dadır. ABŞ-ın Boston ştatındakı erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi "Təbəssüm şəhəri" Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib.

3885
Teqlər:
Dağlıq Qarabağ, əsgər, erməni, Nikol Paşinyan, Anna Akopyan
Əlaqədar
Ermənistan parlamentində yanğın olub
Məmmədyarov erməni jurnalistə belə dərs verdi – VİDEO
Erməni iqtidarının aprel tezisləri: kimə inanmalı - Paşinyana, yoxsa Tonoyana