ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak

Qarabağ münaqişəsi daha bir görüşdə müzakirə edilib

30
(Yenilənib 20:15 01.04.2019)
Miroslav Layçak görüşdə danışıqlardakı konstruktiv ab-havanı, Azərbaycan və Ermənistan liderlərinin bu münaqişəni sülh yolu ilə həll etməyə sadiq olduqlarını alqışlayıb

BAKI, 1 aprel — Sputnik. ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ), həmçinin fəaliyyətdəki sədrin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə Bratislavada görüş keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, ATƏT-in Mətbuat xidmətinə istinadən xəbər verir.

Miroslav Layçak görüşdə danışıqlardakı konstruktiv ab-havanı, Azərbaycan və Ermənistan liderlərinin bu münaqişəni sülh yolu ilə həll etməyə sadiq olduqlarını alqışlayıb.

"Biz danışıqlar prosesini, atəşkəs rejiminin gücləndirilməsinə, humanitar müstəvidə tədbirlər görülməsinə dair liderlərin öhdəliklərini tam şəkildə dəstəkləyirik", –deyə ATƏT sədri bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-u Avstriyanın paytaxtı Vyanada ilk dəfə olaraq rəsmi görüş keçirib.

30