QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məmmədyarov və Mnatsakanyan bu gün həmsədrlərlə görüşə bilər

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Эльмар Мамедъяров в ходе совместного брифинга с турецким коллегой Мевлютом Чавушоглу
Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров в ходе совместного брифинга с турецким коллегой Мевлютом Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək

BAKI, 28 mart — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ilə görüşəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında martın 29-u Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşünü şərh edərkən bildirib.

O, qeyd edib ki, bu gün baş tutacaq görüşdə sabah Azərbaycan və Ermənistan liderlərinin Vyanada keçiriləcək görüşündə müzakirə olunacaq məsələlərə baxılacaq. Bu görüşün yekunları barədə biz əlavə məlumat verəcəyik".

Qeyd edək ki, sabah Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Xəbər lenti
0