QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əliyev-Paşinyan görüşü öncəsi Yerevandan Moskvaya gizli səfər

© Sputnik / Asatur YesayantsМинистр иностранных дел Армении Зограб Мнацаканян
Министр иностранных дел Армении Зограб Мнацаканян - Sputnik Azərbaycan
Abunə olmaq
"Mnatsakanyan Avstriyanın paytaxtı Vyanada Paşinyan-Əliyev görüşündən qabaq hazırlıq işlərinin görülməsi məqsədi ilə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popovla görüşüb"

BAKI, 28 mart — Sputnik. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan XİN-in bir əməkdaşı ilə birgə Rusiya paytaxtında olub. Sputnik Azərbaycan Ermənistanın "168 jam" nəşrinə istinadən xəbər verir ki, səfər barədə əvvəldən və sonrakı bir neçə gün ərzində rəsmi məlumat yayılmayıb.

Azərbaycan prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Əliyevlə Paşinyanın görüşəcəyi təsdiqləndi

Nəşr yazır ki, onlar Ermənistan XİN-dən neçə gündür Mnatsakanyanın kiminlə görüşdüyü və müzakirə olunan məsələlər barədə məlumatı dəqiqləşdirmək istəyiblər: "Ötən günə qədər bu məsələyə dair konkret cavab yox idi. Nazirin özü isə mətbuatı aldadıcı məlumatlar yaymaqda ittiham edib".

"Əldə etdiyimiz etibarlı məlumatlara əsasən, Mnatsakanyan Avstriyanın paytaxtı Vyanada Paşinyan-Əliyev görüşündən qabaq hazırlıq işlərinin görülməsi məqsədi ilə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popovla görüşüb. Məlumatı Ermənistan XİN də təsdiqləyib" - deyə nəşr vurğulayır.

Qeyd edək ki, sabah Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Xəbər lenti
0