Ermənistanın baş naziri Nikol Paşinyan

Paşinyandan Qarabağla bağlı gözlənilməz etiraf

367
(Yenilənib 15:51 19.03.2019)
Aydınlaşdırılmalı olan xeyli sayda məqamlar var

BAKI, 19 mart — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, bu vəzifəyə yeni seçildiyi vaxt sabiq XİN rəhbəri Edvard Nalbandyanı dəvət edərək ondan ötən illərdə aparılan müzakirələrə dair bəzi məlumatlar alıb. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan münaqişəyə dair bir çox incəlikləri xarici ölkələrin liderləri ilə də müzakirə edib.

"Mən böyük həcmdə məlumat əldə etdim və bu informasiyanın özü belə, böyük həcmdə əlavə məlumatlar tələb edir", - deyə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ermənistan baş nazirinin sözlərinə görə, İlham Əliyev 10 ildən artıqdır ki, danışıqlar aparır, özü isə bu prosesdə yeni şəxsdir: "Ona görə də mənə ötən illərin bütün detalları maraqlıdır".

O, həmçinin əlavə edib ki, hələ də ötən illərdə həyata keçirilən danışıqlara dair bütün incəlikləri və nüansları bilmir. Aydınlaşdırılmalı olan xeyli sayda məqamlar var. Məsələn, Kazan, Vyana və Ki-Uestdə baş verənləri öyrənmək lazımdır.

367
Teqlər:
Qarabağ, Nikol Paşinyan
Əlaqədar
Paşinyan təcili Qarabağa gəldi, Ermənistan tarixində bir ilk baş verəcək
İki od arasında - Paşinyan diplomatiyasının ziddiyyətli manevrləri
"Paşinyan separatçı rejimi müzakirə tərəfinə çevirmək istəyir"
Paşinyan müdafiə nazirinin müavinini işdən çıxardı