NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay

NATO nümayəndəsi Dağlıq Qarabağla bağlı bəyanat verdi

179
(Yenilənib 23:56 11.03.2019)
“NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur”

BAKI, 12 mart — Sputnik. "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".

Sputnik AzərbaycanRİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda jurnalistlərə bildirib.

“Biz münaqişələrin həllinə cəlb olunmuruq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır... NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram” – deyə o qeyd edib.

179
Şuşa, arxiv şəkli

Şuşada möhtəşəm layihələrə start verildi

8
(Yenilənib 13:49 20.01.2021)
Nazir: "Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

BAKI, 20 yanvar — Sputnik. Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti ilə görüşündə deyib.

A.Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə səfərlərini yüksək dəyərləndirdiyini deyib.

Bildirib ki, Azərbaycanı dəstəkləyən, ona dost olan insanların bu ərazilərə səfəri, xoş niyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir:

"44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı və 30 ildən sonra torpaqlarımıza qovuşduq. Müharibə zamanı mən türkdilli dövlətlərin Azərbaycana dəstəyini xüsusi vurğulamaq istəyirəm. Həm cəmiyyət tərəfindən, həm də siyasi aləmdə biz bu böyük dəstəyi hiss etdik. Yəqin məlumatlısınız ki, ICESCO-nun nümayəndə heyəti də bir neçə gün əvvəl Azərbaycana səfərində işğaldan azad olunan ərazilərimizə baş çəkmişdi. Bu ərazilərdə biz yeni layihələr reallaşdırmağı düşünürük və bu proseslərdə türkdilli dövlətlərlə də birgə əməkdaşlıq məsələləri daha sıx şəkildə təşkil olunmalıdır. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il Şuşada "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verib və biz artıq bununla bağlı işlərə başlamışıq. Elə ərazilər var ki, minalardan təmizlənməlidir, artıq Füzulidən Şuşaya yol çəkilir, yeni infrastruktur hazırlanır. Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik".

Nazir daha sonra "Nizami İli" ilə bağlı keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Bildirib ki, dahi Nizami Gəncəvinin yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd ediləcək: "İnanıram ki, türkdilli dövlətlərin nümayəndələri "Nizami İli" ilə əlaqədar təşkil edilən tədbir və festivallarda yaxından iştirak edərək öz töhfələrini verəcəklər".

Qeyd edək ki, görüşdə TDƏŞ-in Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, təşkilatın layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak edib.

8
Şuşada məscid, arxiv şəkli

Şuşada tarixi abidələrlə bağlı monitorinq keçirilib

9
(Yenilənib 13:14 20.01.2021)
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib.

BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərinin işğal edilməsi nəticəsində erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"ndan bildirilib.

Xəbərə görə, institutun direktoru Telman Kərimli, institutun mütəxəssisləri və digər aidiyyəti qurumlar tərəfindən şəhərdə yerləşən tarix və mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilib. Məlum olub ki, Şuşa şəhərində yerləşən bir çox tarix-mədəniyyət abidələri, o cümlədən Vaqifin məqbərəsi öz ilkin görkəmini itirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhərində bütün tarixi abidələr əsl simasına qaytarılacaq, "Vaqif Poeziya Günləri" bərpa ediləcək.

9
Teqlər:
tarixi abidələr, tarixi abidələr, tarixi abidə, abidələr, Şuşa şəhəri, Şuşa
Xaçmazda “Şəhidlər Xiyabanı”

Xiyaban kompleksi İcra başçısının ideyası əsasında yenilənib

0
(Yenilənib 13:58 20.01.2021)
Azərbaycanın bölgələri arasında ilk müasir və orijinal Şəhidlər Xiyabanı kompleksi bu rayonda istifadəyə verilib.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Qan yaddaşımız olan 20 yanvar faciəsindən 31 il keçməsinə baxmayaraq, hər ilin bu günü respublikamızda Ümumxalq Hüzn günü kimi qeyd olunur, şəhidlərimizi uşaqdan böyüyə hamı yad edir. Hər birimizin and yeri olan "Şəhidlər Xiyabanı"nı qorumaq, onun abad qalmasını təmin etmək vətəndaşlıq borcumuzdur. Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanı da təməlli şəkildə təmir olunub və istifadəyə verilib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu xiyaban Azərbaycanın bölgələri arasında ilk belə müasir və orijinal kompleksdir. Xaçmaz rayon İH-in baş məsləhətçisi Yaqut Məhsimovanın sözlərinə görə, xiyaban əvvəllər baxımsız vəziyyətdə olub.

© Sputnik / Leyla Abdullayeva
Xaçmazda “Şəhidlər Xiyabanı”

2020-ci ilin mart ayından başlayaraq Xiyabanda əsaslı bərpa və yenidənqurma işləri aparılıb. Əvvəlki şəhidlər xiyabanından indi əsər-əlamət qalmayıb. Ümumi ərazisi 3000 kv.m olan yenilənmiş Xiyabanda 700 kv.m sahədə yaşıllıq və qazon salınıb, 1500 kv.m sahəyə beton tavalar - tamet daşları döşənib. Xaçmaz Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulub, 1-ci Qarabağ müharibəsində həlak olmuş 226 şəhidin , 2-ci Qarabağ müharibəsində həlak olmuş 48 şəhidin və 1 nəfər 20 yanvar şəhidinin xatirə lövhələri yenidən yüksək keyfiyyətlə hazırlanıb.

Şəhidlər Xiyabanının girişində şəhidlərimizin ölməz ruhunun ucalığını əks etdirən 17 metr hündürlüyündə ay-ulduzlu rəmzi abidə möhtəşəmliyi ilə diqqəti cəlb edir. Ərazinin işıqlandırılması üçün 8 ədəd işıq dirəyi, 140 paqonmetr beton bardürlər quraşdırılıb. Xiyabana qalxan pilləkənlərə və rəmzi abidənin önünə mərmər lövhələr düzülüb.

  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
  • Xaçmazda “Şəhidlər Xiyabanı”
    © Sputnik / Leyla Abdullayeva
1 / 6
© Sputnik / Leyla Abdullayeva
Xaçmazda “Şəhidlər Xiyabanı”

Ümumiyyətlə, xiyabanda 1600 kv.metrə yaxın mərmərdən istifadə edilib. Belə ki, xatirə lövhələrinin istinad divarları, qazonların ətrafı, bardürlərin üzəri və işıq dirəklərinin oturacağı yüksək keyfiyyətli mərmərlə üzlənib.

Xiyabanın yenilənməsi Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin təşəbbüsü ilə baş tutub. Bu gün Xaçmaz Şəhidlər Xiyabanı mətbuat nümayəndələrinə təqdim olunub.

Vətəndaşlar 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində belə möhtəşəm xiyabanın istifadəyə verilməsini çox təqdirəlayiq hadisə və şəhidlərimizin ruhuna dərin hörmət rəmzi kimi dəyərləndiriblər.

0