SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Həmsədrlər Azərbaycan və Ermənistan liderləri ilə görüşə hazırdırlar

CC BY-SA 2.0 / ogannes / AskeranКрепость в оккупированном Арменией городе Аскеран, фото из архива
Крепость в оккупированном Арменией городе Аскеран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderləri ilə görüşə hazır olduqlarını açıqlayıblar

BAKI, 9 mart - Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır".

"Report"un məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) yaydıqları bəyanatda vurğulanıb.

“Həmsədrlər səmərəli müzakirələr üçün əlverişli ab-havanı dəstəkləməyin vacibliyini vurğulayır və cəbhə boyu itkilərin olmamasını müsbət dəyərləndirməyə davam edirlər”, - deyə qeyd olunan sənəddə həmçinin regionda əhalini sülhə hazırlamaq istiqamətində atılan addımlar alqışlanaraq tərəflər bu məcradakı səylərini artırmağa çağrılır.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının müddəalarına əsaslanmasının vacibliyi vurğulanır: "Hər hansı bir prinsipi digərlərindən üstün tutmağa yönələn istənilən cəhd tarazlı çözümü mümkünsüz edəcək”. 

Eyni zamanda sənəddə həmsədrlərin Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri ilə istənilən vaxt görüşməyə hazır olduqları diqqətə çatdırılır. Bundan əlavə, həmsədrlər mandatlarına uyğun olaraq münaqişənin dinc yolla həll olunması üçün tərəflərə kömək etmək məramına tam sadiq olduqlarını diqqətə çatdırıblar.

Xəbər lenti
0