Elmar Məmmədyarov

Məmmədyarovdan erməni həmkarına sual: "Sıravi vətəndaşlarınız qazandılar?"

628
(Yenilənib 13:46 05.03.2019)
XİN başçısı: "Torpağı götürüb qaçmaq mümkün deyil, siz də burada, bu regionda yaşayırsınız, biz də"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. "Ermənistanlı həmkarıma həmişə sual edirəm ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində sıravi, sadə erməni vətəndaşı nə əldə edib". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair Beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Mən həmişə erməni həmkarımla görüş zamanı bildirirəm ki, torpağı götürüb qaçmaq mümkün deyil. Siz də burada, bu regionda yaşayırsınız, biz də. Münaqişənin həllində beynəlxalq hüquqa söykənmək lazımdır" - Məmmədyarov bildirib.

"Sıravi ermənilər işğal olunan torpaqlarda nə qazandılar, həyatları yaxşılaşdımı? Onlar heç nə əldə etməyiblər. Ermənilərin həyat səviyyələri yüksəlibmi? Yox. Əksinə onlar daha da ağır vəziyyətdə yaşayırlar. Bu, həm də Ermənistanın siyasi rəhbərliyə göndərilən ismarıcdır" - XİN başçısı vurğulayıb.

628
Teqlər:
Elmar Məmmədyarov, Azərbaycan, Ermənistan
Əlaqədar
İlham Əliyev: "Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq"
“Suriya erməniləri işğal olunmuş ərazilərə köçürülür”
Azərbaycanın işğal altındakı bölgəsinə gözlənilməz səfər