İşğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə beynəlxalq konfrans

Bakıda ermənilərin dəhşətli əməli barədə həyəcan siqnalı verildi

8533
(Yenilənib 11:54 05.03.2019)
Muxtar Babayev: "Ermənilər qışda su anbarını açıb suyu buraxırlar, yayda isə qarşısını kəsir və süni quraqlıq yaradırlar"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. "Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan torpaqlarında qəsdən törədilən yanğınlar zamanı 100 min hektar ərazi və bu ərazilərdə yaşayan canlılar məhv olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı Biznes Mərkəzində Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair Beynəlxalq konfransda deyib.

Nazir vurğulayıb ki, hazırda işğal altında olan ərazilərin təbii sərvətləri ermənilər tərəfindən talan edilir: "Bunlarla yanaşı, Sərsəng Su Anbarı hazırda qəzalı vəziyyətdədir. Bu hal ətraf ərazilərdə yaşayan 4 min sakin üçün ciddi təhlükə yaradır".

Muxtar Babayevin sözlərinə görə, ermənilər məqsədli şəkildə yayda su anbarına yaxın ərazilərdə quraqlıq yaradırlar: "Onlar qışda su anbarını açıb suyu buraxırlar. Yayda isə qarşısını kəsirlər və süni quraqlıq yaradılır. Yəni onlar əhalini qəsdən sudan məhrum edirlər. Lakin AŞPA-da Sərsəng Su Anbarı ilə bağlı qəbul edilən qətnamənin tələblərinə əməl edilmir".

8533
Teqlər:
Muxtar Babayev, nazir, Sərsəng Su Anbarı, erməni, Ermənistan
Əlaqədar
AŞPA-da Sərsəng su anbarı ilə bağlı sənəd qəbul edilib