İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən

Rəsmi Bakıdan Paşinyana sərt cavab: "Danışıqlar formatı dəyişdirilə bilməz"

7262
(Yenilənib 15:10 28.02.2019)
Hikmət Hacıyev: "Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyil"

BAKI, 28 fevral — Sputnik. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz".

İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub
© Official web-site of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar prosesinin formatı ilə bağlı açıqlamasını şərh edərək deyib. Onun sözlərinə görə, danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır.

"Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üç dəfə təmasın olması, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd dəfə görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir" - deyə Hacıyev bildirib.

"Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyil. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür" - şöbə müdiri əlavə edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini deyib. Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan Tehranda erməni icması ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, görüş gündəliksiz olacaq və önəmli hissələrindən biri danışıqlar formatı olacaq: "Hələlik biz danışıqlar formatı haqqında razılığa gəlməmişik".

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri İrana rəsmi səfərə gedib.

7262
Teqlər:
Hikmət Hacıyev, format, münaqişə, Dağlıq Qarabağ, Azərbaycan, Ermənistan
Əlaqədar
"Sülh olarsa, Qarabağın bərpasına yardım etməyə hazırıq"
Markov: "Qarabağ münaqişəsinin nizamlanması üçün çox yaxşı ilkin şərtlər var"
Sarqsyanın qardaşı Qarabağ separatçılarına 20 milyon dollar bağışladı
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini gücləndirməlidir"