Azərbaycanda terror aktı törətməyə cəhdə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə keçirilən məhkəmə prosessi

Azərbaycanda ağır terror aktı planlaşdıran erməni diversanta hökm oxunub

7679
(Yenilənib 15:48 27.02.2019)
Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi başa çatıb

İlham Mutafa, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror aktı törətməyə cəhddə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə keçirilən proses başa çatıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Kazaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə təqsirli bilinir:

Həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 29,120.2.12; 29,120.2.7; 29,120.2.11; 29,120.2.5; 29,120.2.1;

İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2;

İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3;

Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276;

İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2

Azərbaycanda terror aktı törətməyə cəhdə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə keçirilən məhkəmə prosessi
© Sputnik / Ilham Mustafa
Azərbaycanda terror aktı törətməyə cəhdə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə keçirilən məhkəmə prosessi

Qeyd edək ki, K.Kazaryan Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədi ilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmək, Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün zəruri məlumatları toplayıb Ermənistanın xüsusi xidmət orqanlarına vermək məqsədi ilə 15 iyul 2018-ci il tarixdə, gecə saat 01 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələrinin istintaqa məlum olmayan iki hərbi qulluqçusu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, onların müşayiəti ilə həmin odlu silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və partladıcı qurğuları qaçaqmalçılıq yolu ilə, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qoşunların təmas xəttindəki minalanmış, tikanlı məftil və mühəndis maneələri ilə təchiz olunmuş sahədən keçirərək və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində müəyyən edilmiş sənədlər, yəni şəxsi pasportu və müvafiq qaydada rəsmiləşdirilmiş icazəsi- vizası olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, yəni sərhəd, gömrük və digər növ yoxlamaların aparıldığı xüsusi təchiz olunmuş yerlərdən kənarda döyüş mövqelərinin yerləşdikləri yüksəkliklərin arasındakı çay yataqlarından piyada keçərək, Qazax rayonunun Kəmərli kəndi istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olub Qazax şəhərində odlu silahdan, döyüş sursatlarından, partlayıcı maddələrdən və partladıcı qurğulardan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayış törətməklə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına real təhlükə yaradaraq terrorçuluq törədib.

Kazaryan silah-sursatları, onların komplekt hissələrini, partlayıcı maddələri və partladıcı qurğuları gizlətdiyi ərazidən aralanıb Kəmərli kəndinin kənarı ilə Qazax şəhəri istiqamətində, təxminən, 50-100 metr məsafəni keçdikdən sonra, şəxsi mal-qarasını otarmağa çıxarmış kənd sakinlərinin diqqətini cəlb etdiyindən, onlar tərəfindən müvafiq dövlət qurumlarına məlumat verildikdən sonra, həmin gün - 15 iyul 2018-ci il tarixdə səhər saat 07 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin "Balakənd" adlandırılan ərazisində tutulduğundan, öz cinayətkar niyyətini tam başa çatdıra bilməyib, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə və sifarişlə, iki və daha çox şəxsi, terrorçuluqla əlaqədar və milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə və Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmə cinayətlərinin törədilməsinə cəhd edib.

7679
Teqlər:
terror, Azərbaycan, diversant, erməni
Əlaqədar
Azərbaycana keçmək istəyən erməni diversant yaxalandı
Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər
Qazaxda diversiyanın qarşısı alındı, erməni kəşfiyyatçısı əsir götürüldü - FOTO
Azərbaycanda erməni diversantın məhkəməsi başlayıb
Dağlıq Qarabağ, arxiv şəkli

Ölkəmizin "Yaşıl apteki"ndə indi vəziyyət necədir - TƏBİB statistikanı açıqladı

9
(Yenilənib 17:37 26.11.2020)
İşğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib.

BAKI, 26 noyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, işğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib. Həmçinin, burada 9 aptek vətəndaşlara xidmət göstərib.

"Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek" adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi", - deyə məlumatda qeyd olunub.

9
Teqlər:
aptek, xəstəxana, statistika, səhiyyə, TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Kəlbəcər rayonu, Kəlbəcər
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Türkiyənin müdafiə naziri Fransanın əsl simasını açdı

22
(Yenilənib 16:39 26.11.2020)
Türkiyənin müdafiə naziri Fransa Senatının bədnam qərarına münasibət bildirib: "Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçası olduğunu təsdiqlədi".

BAKI, 26 noyabr — Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərara münasibət bildirib.

Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən yaydığı xəbərə görə, Akar "Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçası olduğunu bir daha təsdiqlədi", – deyə qeyd edib.

Xatırladaq ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib, bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib:

"Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda verir".

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin və rəsmi Parisin tərəfdaşlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişəsinin həlli təktərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

22
Teqlər:
Ermənistan, Qarabağ, Fransa, Baş Qərargah rəisi Hulusi Akar, Hulusi Akar, Türkiyə
AZAL şirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Azərbaycan bu nəqliyyat infrastrukturuna görə 10-cu yerdə qərarlaşıb

0
(Yenilənib 18:35 26.11.2020)
İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycan hava yolları nəqliyyat infrastrukturuna görə dünyaca 10-cu yerdə qərarlaşıb. Sputnik Azərbaycan-ın theglobaleconomy.com-a istinadən xəbərinə görə, Azərbaycan "Quality of air transport infrastructure" (Hava Nəqliyyatı İnfratrukturunun Keyfiyyəti) hesabatında 5.80 indekslə bu yerdə qərarlaşıb.

İlk yerdə isə 6.70 indekslə Sinqapur qərarlaşıb. 141 ölkənin yer aldığı siyahıda Türkiyə bu siyahıda 35-ci, Rusiya 51-ci, Ermənistan 66-cı, Gürcüstan 83-cü, İran 132-ci olub.

0
Teqlər:
Türkiyə, Azərbaycan, Rusiya, avtomobil