Avropa İttifaqının bayraqları

"Sülh olarsa, Qarabağın bərpasına yardım etməyə hazırıq"

68
(Yenilənib 17:16 26.02.2019)
Aİ nümayəndəsi, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmasların və görüşlərin əhəmiyyətini də vurğulayıb

BAKI, 26 fevral — Sputnik. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini tamamilə dəstəkləyir.

Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Svitalskiy bildirib.

Diplomat xatırladıb ki, ötən həftə həmsədrlər regiona səfər edib. Onun sözlərinə görə, müxtəlif istiqamətlər üzrə bir neçə pozitiv elementlər var: "İndiyə qədər heç vaxt qeydə alınmayan səviyyədə insidentlərin sayı azalıb. Yəqin ki, belə bir şey münaqişənin bütün tarixi boyu görülməyib. Bununla yanaşı, liderlər və xarici işlər nazirləri səviyyəsində görüşlərin yekunlarına dair müsbət reaksiyalar var. Bu irəliləyiş üçün olduqca önəmlidir. Lakin prosesin özü olduqca çətin və həssasdır. Biz xarici tərəfdaşlar olaraq həmsədrlərə inanırıq. Biz eyni zamanda hadisələrin müsbət nəticələcəyi halda mümkün iştirakı da müzakirə edirik".

Aİ nümayəndəsi, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmasların və görüşlərin əhəmiyyətini də vurğulayıb: "Avropa İttifaqı regionda sülhün bərqərar olacağı təqdirdə regionun bərpasına yardım etməyə hazır olduğunu bildirib".

68
Teqlər:
Avropa ittifaqı, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Qarabağ
Əlaqədar
"Qarabağ münaqişəsi regionda bütün ölkələrə zərər gətirir"
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması artıq reallıq olur
Ermənistan Qarabağ danışıqlarından nə istədiyini açıqladı
Brüsseldə ümumavropa Qarabağ mitinqi olub